BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
13160

Türkiyə lirəsi son vaxtlar yaxşı günlərini yaşamır. ABŞ dollarının türk lirəsinə nisbətən məzənnəsi bugünkü ticarət sessiyasında rekord səviyyəsini yaşayıb. Təcrübə göstərir ki, “siyasət və iqtisadiyyat arasındakı əlaqə necədir” sualına düzgün cavab tapan ölkələr həmişə rifaha qovuşur. Bu halda siyasət iqtisadiyyata xidmət etməlidir, iqtisadiyyat siyasətə deyil. İkinci hal olduqda iqtisadiyyat ağır bədəl ödəyir.

 

Türkiyə lirəsinin ucuzlaşmasının pərdəarxası səbəbləri hansılardır, bunun Azərbaycana da bir təsiri varmı?

 

Valyuta.az xəbər verir ki, bu kimi sualların cavablarını iqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə lirəsinin oynaq olması bir çox səbəblərlə bağlıdır:

“Türkiyədə lirə bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq, tələb-təklif qaydalarına, oyunçuların çoxluğuna və azlığına görə müəyyənləşir. Bundan əlavə, həm siyasi, həm də iqtisadi amillər sürətlə lirəyə təsir göstərir. Son zamanlar lirəyə təsir göstərən daxili amillər bundan ibarətdir ki, Türkiyə Mərkəzi Bankının rəhbəri tez-tez dəyişdirilməyə başladı. Sonuncu rəhbərin dəyişməsi bazarda çox neqativ bir reaksiya oyatdı. Nəticə etibarı ilə lirənin düşməsinə start verildi.

Türkiyə həmçinin turizm ölkəsidir və bu sahə ölkəyə əsas vəsait gətirən vasitələrdən biridir. Turizm pandemiya zamanı kifayət qədər zərər gördü. Amma indi bu tərəf tam işə düşə bilmir. Sərhədlərin bir hissəsinin bağlı qalması, həm də Rusiya kimi ən böyük bazarı itirməsi ölkəyə mənfi təsir göstərdi. Rusiya may ayından başlayaraq Türkiyəyə uçuşları qadağan etdi. Ancaq İstanbula rəsmi görüşlər üçün həftədə iki dəfə uçuşa icazə verdi. İyunun 1-dən etibarən bu uçuşlar açılmalı idi, amma Rusiya tərəfindən qəbul edilmiş yeni qərara əsasən, uçuşlar iyulun 1-nə qədər uzadıldı. Əgər turistlər ölkəyə gəlməyəcəksə, deməli ölkəyə valyuta daxil olmayacaq. Bununla da türk lirəsi ucuzlaşmağa davam edəcək”. 

N.Cəfərli lirənin ucuzlaşmasının Azərbaycana təsir ilə bağlı da danışıb:

“Azərbaycanda valyuta bazarı inzibati qaydada tənzimlənir, bazar iqtisadiyyatı qaydaları işləmir. Məzənnənin dəyişikliyi ancaq siyasi qərarla və inzibati tənzimlənmə ilə olur. Yaxın gələcəkdə bununla bağlı Azərbaycanda hər hansı qərarın qəbul olunması gözlənilmir.

Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi kifayət qədər yüksəkdir. Türkiyə lirəsinin dəyərdən düşməsi Türkiyədən Azərbaycana istənilən növ məhsulların gətirilməsini stimullaşdırır. Məntiqlə də Azərbaycan bazarında türk məhsulları ucuzlaşmalıdır. Amma hələ ki biz bunu görmürük. Hər halda, lirənin dəyərdən düşməsi Azərbaycana Türkiyədən gətirilən məhsulların həcminin artmasına gətirib çıxaracaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin