ABŞ İran neftini aldı – 30 ildən sonra ilk dəfə...
1991-ci ilin noyabrından bəri ilk dəfə ABŞ İrandan neft idxal edib.
Bu barədə ABŞ Enerji Nazirliyinin Enerji İnformasiya İdarəsi məlumat yayıb.
Mart ayından etibarən gündəlik tədarük 33 min barel təşkil edib.
Son dəfə ABŞ İrandan 1991-ci ilin noyabrında neft idxal etmişdi. O zaman tədarük həcmi gündəlik 64 min barel olub.
Eyni zamanda, 2020-ci ilin oktyabr ayında ABŞ İrandan gündəlik 36 min barel həcmində neft məhsulları idxal edib. Bu tədarüklər ən azı 1991-ci ilin dekabrından bəri ilk dəfə həyata keçirilib.
1988-ci ilin yanvarında İran ABŞ-a gündəlik 1000 barel neft və neft məhsulları tədarük edib, bundan sonra idxal 1991-ci ilin iyuluna qədər dayandırılıb.
Rəsmi statistikada 2002-ci ilin sentyabrından 2020-ci ilin sentyabrına qədər İrandan neft və neft məhsullarının tədarükü ilə bağlı məlumatlar yoxdur. //Yenisabah.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay