BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
12240
Son günlər bəzi media orqanları və sosial şəbəkələrdə Azərbaycanda idarəetmə sahəsində ciddi struktur islahatlarının aparılacağı ilə bağlı təxminlər yayılır. Bildirilir ki, ölkədə mövcud olan nazirliklərin və dövlət xidmətlərin sayı endiriləcək.
 
Hazırda ölkədə 17 nazirlik və 7 dövlət xidməti fəaliyyət göstərir. Müqayisə üçün Almaniyada 11, Gürcüstanda isə 12 nazirlik olduğunu xatırladan bəzi ekspertlər hesab edir ki, Azərbaycanda dövlət idarəetmə aparatı çox böyükdür.
 
Əslində, son illərdə Azərbaycanda dövlət idarəetmə orqanlarının strukturunda müəyyən dəyişikliklər aparılıb. 2017-ci ildə Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birləşdirildi. Onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. 2019-cu ildə isə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, habelə Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi.
 
"Padşahlar, xanlar olub”
 
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı "Turan”a bildirib ki, Azərbaycan böyük dövlətçilik ənənələrinə malikdir, amma bu dövlətçilik tarixinin böyük bir hissəsi monarxiya üsulu ilə idarəçilik olub: "Padşahlar, xanlar olub. Bunlar da – baxmayaraq ki, çox güclü hüquq və məhkəmə sistemi olub, – daha çox təkhakimiyyətliliklə, hakimiyyəti atadan oğula ötürməklə idarə edib. O vaxt nazirliklərə ehtiyac olmurdu, vəzir, vəkil kimi vəzifələr var idi”.
 
Deputatın sözlərinə görə, dövlət idarəçiliyi çətin bir sistemdir və hər xalq öz ənənələrinə uyğun olaraq onu yaradır: "Ona görə də burada bir doqma yoxdur ki, konkret qəlib olsun, ona uyğun da bütün dövlətlər aparatını qursun”.
 
"Azərbaycanda sistem sovet dövründən qalıb”
 
S.Rüstəmxanlı vurğulayıb ki, Azərbaycanda sistem sovet dövründən qalıb. Onun xatırlamasına görə, Azərbaycanda hətta o vaxt bəzi sahələr məhdud olub: "Məsələn, respublikalarda Xarici İşlər Nazirliyi var idi, amma onlar çox az iş görürdü, çünki xarici siyasət Moskvada həll olunurdu. Buna baxmayaraq, nazirlik bizdə də var idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiyadan ayrıldıq, amma nazirliklər qaldı. Dövlətin inkişaf prosesində lazım olmayan nazirliklər sıradan çıxdı”.
 
"Azərbaycanda son illərdə bu sahədə xeyli iş görülüb”
 
Deputatın fikrincə, ona görə də nazirliklərin sayı problem deyil: "Bu gün 17-dir, sabah 15 ola bilər. Yəni, hansı nazirliklər artıq lazım deyilsə və ya hansılar birləşə bilərsə, onlarla bağlı proses gedəcək. Hər halda Azərbaycanda son illərdə bu sahədə xeyli iş görülüb. Güman edirəm ki, bir neçə ilə bu məsələ özü tənzimlənəcək”.
 
İqtisadçı Qubad İbadoğlunun isə AzadlıqRadiosuna bildirib ki, koronavirus pandemiyası dövründə Azərbaycanda gedən proseslər göstərdi ki, həm dövlət idarəetməsi, həm də dövlətin şirkət idarəetməsi təkmilləşdirilməlidir: "Bu zaman dövlət idarəetməsində maliyyə səmərəliyi, vətəndaşlara xidmət baxımından şəffaflıq və məmnunluğu təmin edən yeni bir sistemin təqdimatına ehtiyac var”.
 
"Bu fərmanlar kağız üzərində qalır”
 
Ekspert qeyd edib ki, Azərbaycanda zaman-zaman dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlar imzalayıb: "24 noyabr 2016-cı ildə imzalanmış "Azərbaycan Respublikasında dövlət idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman var. Eyni zamanda, 2019-cu ildə yanvarın 14-də də prezident dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Görsənir ki, müəyyən cəhd var, amma nəticə yoxdur, çünki siyasi iradə zəifdir və bu fərmanlar kağız üzərində qalır”.
 
Q.İbadoğlu deyir ki, Dünya Bankının hökumətin effektivliyi indeksinə görə, Azərbaycanda 2019-cu ildə 2018-ci illə müqayisədə vəziyyət daha da pisləşib: "Dövlət idarəçiliyində korrupsiya yüksəkdir. Bunu Dünya Bankının hesabatları da təsdiq edir. Yəni, bu gün idarəetmə məsələsinin təkmilləşdirilməsi işi günün tələbidir”.
 
"Şişmiş dövlət aparatı…”
 
Onun sözlərinə görə, pandemiya da göstərib ki, bəzi sahələrdə mütləq dəyişikliklər olmalıdır: "Həm də bu şişmiş dövlət aparatı dövlət büdcəsinə böyük yükdür. İmkanlar əvvəlki kimi geniş deyil, neftdən gələn pullar əvvəlki kimi çox deyil. Ona görə də idarəetmə ilə əlaqəli prezident fərmanları, eyni zamanda strateji yol xəritələrində qeyd olunan məsələlər öz həllini tapmalıdır”.
 
Q.İbadoğlu hesab edir ki, nazirliklərin və komitələrin sayı azalmalıdır: "Hazırda Azərbaycanda 17 nazirlik var. Təklif edirəm ki, onların sayı 11-ə qədər azaldılsın, çünki bir çox nazirliklər bir-birini təkrarlayır. Nazirliklərin əsas funksiyası həmin sahədə dövlət siyasətini müəyyənləşdirməkdir. Amma onlar həm də kommersiya fəaliyyəti ilə məşğuldur. Bu isə qəti yolverilməzdir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin