BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9308
  • RUB
    2.0666
  • TRY
    0.0447
  • GBP
    2.2463
10827

Cari vergi ödənişlərinin hesablanmasında hansı metodun seçilməsi, bu barədə vergi orqanlarına məlumat verilməsi kimi sual doğuran məqamlar var. 

Valyuta.az xəbər verir ki, mövzunu şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərov, cari vergi ödənişlərinin hesablanmasının və ödənilməsinin Vergi Məcəlləsinin 151-ci maddəsi ilə tənzimləndiyini diqqətə çatdırıb. 

Onun sözlərinə görə, bu maddə həmin hesablamaların birinci və ikinci metodunun, həmçinin yeni vergi ödəyiciləri və keçmiş ildə fəaliyyəti olmayan vergi ödəyiciləri üçün cari vergi ödənişlərinin hesablanma qaydalarını təyin edir.

“Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, cari vergi ödənişlərinin hesablanmasında tətbiq edilən birinci metod keçmiş ilin mənfəət (gəlir) vergisinin ¼ hissəsinin ödənilməsini əhatə edir. Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən tətbiq edilən ikinci metodun mahiyyəti isə cari vergi ödənişlərin məbləğinin bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsalın hasili kimi hesablanmasından ibarətdir.  

VM-nin 151.3-cü maddəsində göstərilir ki, vergi ödəyicisi hər ilin aprel ayının 15-nə kimi il ərzində bu iki metoddan hansını cari vergi ödənişlərinin hesablanmasında tətbiq edəcəyini seçir və vergi orqanlarına bu seçim barədə məlumat verir”. 

Mütəxəssis qeyd edib ki, vergi ödəyicisi bu məlumatı vermədikdə vergi orqanları onun cari vergi ödənişlərini birinci metod (151.1) əsasında hesablayırlar:

“Bu isə vergi ödəyicisi üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Məsələn, tutaq ki, hər hansı şirkətin 2020-ci il ərzində 20.000 manat gəliri, 5.000 manat da gəlirdən çıxılan xərci olub və bu şirkət 15.000 manat mənfəətdən 3.000 manat mənfəət vergisi ödəyib. 2021-ci ilin birinci rübündə cəmi 2.000 manat gəlir əldə edən şirkətin mühasibi 15 aprel 2021-ci il tarixinə kimi “Cari vergi ödənişləri haqqında Arayışı” təqdim etmədiyi üçün vergi orqanı şirkətin cari vergi ödənişlərini birinci metodla hesablayır: 3000/4=750 manat.

Bu məbləği şirkət birinci metodla, həm də ilin digər rüblərində gəlirin əldə edilib-edilməməsindən asılı olmayaraq ödəməli olacaq. Lakin şirkətin mühasibi arayışı vaxtında təqdim edib, vergi orqanlarına ikinci metodu seçdiyini bildirsəydi, onun cari vergi ödənişləri cəmi 2000 * (3000/20000) = 300 manat təşkil edəcəkdi”.

V.Mirheydərov düşünür ki, buu misal “Cari vergi ödənişləri haqqında Arayış”ın təqdim edilməsinin vacibliyini, xüsusilə həmin arayışın ilin birinci rübü üzrə təqdim edilməsinin əhəmiyyətini bir daha nümayiş etdirir.

“Sözsüz ki, bəzi hallarda vergi ödəyicisinə birinci metoddan istifadə etmək daha sərfəli ola bilər, sadəcə hər bir halda vergi ödəyicisinin hansı metoddan istifadə edəcəyini özü qərara almalı, öz məsuliyyətini vergi orqanına həvalə etməməlidir.

Keçmiş ildə fəaliyyəti olmayan və ya cari ildə vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınan şəxslər cari vergi ödənişlərini Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən hesablayıb ödəyirlər. Bu metoda əsasən, cari vergi ödənişləri rübün nəticəsi əsasında artan yekunla hesablanmış mənfəət (gəlir) vergisinin 75 faizindən az ola bilməz” – deyə ekspert vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone 16 Pro" reklamlarında süni intellekt vurğusu niyə arxa plana keçdi?

"Türk Med Medical Center" cərimələndi

Britaniyada "Google"a qarşı 5 milyard funt-sterlinqlik iddia qaldırıldı

“Azərişıq” Füzulidə üç kəndə işıq çəkəcək - 1 milyonluq layihə

Yük avtomobili istehsalı 7 dəfədən çox azalıb

Qiymət bahalaşdı, istehsal azaldı

Nizamnamə kapitalı 0 olan şirkətin 100 mindən çox borcu var

Nizamnamə kapitalı 0 olan şirkətin 100 mindən çox borcu var

UFAZ-ın 129 min manatlıq tenderi ləğv edildi

Ümumi istehsal 15% artsa da, geyim istehsalı hələ də aşağıdır

200 manatlıq şirkətin 188 min vergi borcu var

Çinin Trampa qarşı ticarət müharibəsində yeni silahı: 7 "kiçik çubuq"

Bir ildə 23 satınalma müqaviləsi bağlayan şirkətin 17 min manat vergi borcu var

Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi

Xəstəxanadan deputata məxsus olduğu deyilən şirkətə 123 min manatlıq sifariş

Bu tekila və viskilər saxta imiş - FOTOLAR

Hidrometrologiya Xidməti: Bakıda hazırda yağıntının miqdarı normadan 2 dəfə çoxdur

Bu ərazilərdə qaz kəsiləcək

AQTİ-nin maliyyə hesabatları yoxlanılacaq

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

100 illik ayaqqabı markası müflis oldu

AZAL: "2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq"

Külli miqdarda borcu olan şirkət bağlandı

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verdi

AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

"OpenAl" tamamilə yeni sosial şəbəkəyə hazırlaşır: Nələr məlumdur?

Səhmlərdən əldə edilən gəlirin vergiyə cəlb olunmasında YENİLİK

“Aqrarkredit”ə məxsus torpaq və evlər satışa çıxarılır - 5350 manatdan başlayan qiymətlər

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin edildi

“Azər Türk Bank” kredit faizlərini artırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin