BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
10811

Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair Energetika Nazirliyi ilə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Anlaşma Memorandumu imzalanıb.

Valyuta.Az xəbər verir ki, bu memorandum Energetika Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi, həmçinin energetika sektorunun maliyyə davamlılığı və səmərəliliyinin artırılması üçün bu sahədə özəl sektorun iştirakının dəstəklənməsi kimi ümumi məqsədlər kontekstində imzalanıb.

Energetika naziri Pərviz Şahbazov deyib: 

“Bərpa olunan enerji dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi və şaxələndirilmiş  yeni inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmağın mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bərpa olunan enerjinin istehsal və istehlakda əhəmiyyətli mövqeyə malik olması dənizin də külək enerjisi potensialından istifadəni zəruri edir. Xəzər dənizinin zəngin enerji resursları yalnız karbohidrogen sənayesinin deyil, yaşıl enerji sektorunun inkişafı üçün də mühüm mənbədir. IFC ilə birgə əməkdaşlıq səyləri Azərbaycanda dənizdəki külək enerjisinin istehsalının inkişafına, habelə bərpa olunan enerjidən istifadə sahəsinə və karbon emissiyalarının azaldılmasına töhfə verəcək.”

Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə direktoru Vibke Şloymer deyib: 

"IFC-nin Azərbaycan üzrə strateji prioritetlərindən biri ölkənin özəl sektorun iştirak etdiyi yeni inkişaf modelinə keçidini dəstəkləməkdir. Neft və qaz resursları ilə zəngin olan ölkənizə dənizdə külək enerjisi potensialının müəyyənləşdirilməsinə və inkişaf etdirilməsinə yardım etməklə özəl sektorun inkişafı gücləndirilə, eyni zamanda, enerji keçidi dəstəklənə bilər. Bu, Azərbaycanın infrastrukturunun inkişafında və iqlim dəyişikliyi ilə mübarizədə katalizator rolunu oynayacaqdır".

Memoranduma əsasən, IFC ilə əməkdaşlıq Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib-hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəkləri nəzərdə tutur. 

Anlaşma Memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində maliyyələşdirilir. ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilir. 

Xatırladaq ki, 100-dən çox ölkədə fəaliyyət göstərəm Beynəlxalq Maliyyə Korporasiyasına Azərbaycan 1995-ci ildən üzvdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin