Xəbər
13.04.2021 / 10:54
Nazirliyin cəzalandırılan əməkdaşlarının sayı açıqlandı
10719
Son üç il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 686 əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülüb.
“Report” xəbər verir ki, bu barədə nazirliyin üç illik fəaliyyətinə dair hesabatında bildirilib.
Qeyd olunub ki, ötən il üçün intizam tənbeh tədbirləri alan şəxslərin sayında ötən illərlə müqayisədə azalma olub. Belə ki, keçən il üçün intizam tənbeh tədbirləri alan şəxslərin sayı 446 nəfər təşkil edib. Bu göstərici 2019-cu il üçün 556, 2018-ci il üzrə isə 684 olub.
Bundan başqa, üç il üçün 88 hal üçün iş Baş prokurorluğa təqdim olunub. Onlardan 56-sı keçən il, 28-i 2019-cu il, 4-ü isə 2018-ci il üçün qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay