BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
10586

“Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə son qoyan, Rusiyanın iştirakı ilə imzalanmış birgə bəyanatdan sonra Azərbaycan unudulmuş Qafqaz dəmir yolu xəttini yenidən canlandırmağı planlaşdırır”.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın “Railfreight” nəşri yazıb.

Məqalədə deyilir ki, Azərbaycan qərb eksklavı olan Naxçıvana dəmir yolu xəttini bərpa etmək istəyir. Bu isə həm də Naxçıvandan keçən dəmir yolu xətlərini Şimal - Cənub nəqliyyat dəhlizinin bir hissəsi kimi görən İran və Türkiyə üçün faydalı olacaq.

Azərbaycanın Naxçıvan bölgəsinə dəmir yolu xətləri SSRİ dövründə - 1941-ci ildə çəkilib. 1989-cu ildə ittifaqın dağılmağa başlaması, Ermənistan və Azərbaycan arasında siyasi gərginliyin ilk əlamətlərinin ortaya çıxması ilə dəmir yolu xətlərindən istifadə dayandırılıb. Onlar həm də Sovet İttifaqı ilə Körfəzdəki İran limanları arasında daşımaların həyata keçirilməsi üçün də istifadə olunurdu.

Rusiyanı Körfəzlə və hətta Hindistanla əlaqələndirən bu xətt günümüzdə də təxminən eyni məqsədə xidmət edəcək. İşlərə nisbətən qənaətbəxş vəziyyətdə olan təxminən 100 kilometrlik dəmir yolunun yenidən qurulması daxildir.

Rusiya bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında düşmənçiliyin dayandırılmasında vasitəçilik edib, eyni zamanda, Azərbaycanda dəmir yolunun inkişafına dəstək verən və nəqliyyat layihələrini dəstəkləyən ilk ökələrdən biri olub. İran isə bu senaridə birbaşa transqafqaz dəmir yoluna çıxışını təmin edəcək fürsət görür. Beləliklə, Naxçıvandakı dəmir yolları regional güclər üçün bir məhsul olacaq, Qafqazda həyati əhəmiyyətli nəqliyyat qovşağına çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik – 20 milyondan çox azalma olub

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin