
31.03.2021 / 18:50
Azərbaycanda pensiyaçıların sayı və pensiyaların məbləği AÇIQLANDI
10031
2021-ci il yanvarın 1-i vəziyyətinə 1 milyon 228,8 min pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir.
Dövlət Sosial Müdafiə Fondundan Valyuta.az-a verilən məlumata görə, 2020-ci il yanvarın 1-i vəziyyəti üçün bu rəqəm 1 milyon 270,6 min nəfər olub.
Onların 58,3 faizi yaşa, 30,4 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 302,2 manat təşkil edib və orta aylıq əmək haqqının 42,7 faizinə bərabər olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay