Bakıda bazarların sayı əhalinin sayına uyğundurmu?
Bakıda son illər bir neçə bazar sökülüb.
Valyuta.az xəbər verir ki, bazarların sayı azalsa da, paytaxtda əhalinin sayı xeyli artıb.
Paytaxt sakinləri deyirlər ki, bazara getmək üçün xeyli məsafə qət etməli olurlar. Məsələn, elə sorğu apardığımız 8-ci km bazarına gələn alıcıların hərəsi bir qəsəbədən, rayondan gələnlər idi..
İqtisadçı Xalid Kərimli deyir ki, son illər Bakıda bəzi bazarlar sökülüb, bəzilərinin ərazisi satılıb və yerində bina inşa olunub. Ancaq iqtisadçı hesab edir ki, şəhərlərdə bazarların əhali sayına uyğun olması ilə bağlı hər hansı standart yoxdur. Hətta dünyada bəzi böyük şəhərlərdə belə bazarlar ümumiyyətlə mövcud deyil və bazara tələbat da yoxdur.
Ekspert həmçinin ərazi üzrə bazarların təşkili işini bələdiyələrin həyata keçirə bildiklərini deyib.
Daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay