Redaktor
11.12.2025 16:14
316
Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi
Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir.
Valyuta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.
Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır:
* Ərazi-təşkilat məsələləri sektoru
* Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru
* İctimai-siyasi və humanitar məsələlər sektoru
Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır:
* Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru
* Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar:
* Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru
* Hüquq və kadr məsələləri sektoru
Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu barədə müvafiq Fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər.
Növbəti xəbər yüklənir...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn az pensiya alanlar bu rayonlarda yaşayır - CƏDVƏL
12.12.2025Milyonçuların pulları ilə etdikləri 6 qəribə davranış - SƏHƏR OXUSU
12.12.2025Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12.12.2025Təhsil platforması 16 milyon dollar investisiya aldı
11.12.2025Sərvətini itirən 10 milyonçu və milyarder: “Zənginlik həmişə davam etmir”
11.12.2025Azərbaycan Birləşmiş Krallığa son 5 ildə nə qədər xidmət ixrac edib?
11.12.2025BP-də rəis olmaq istədi, dələduzluqla üzləşdi - 30 min manatlıq fırıldaq
11.12.2025Mərkəzi Banka sənəd təqdim etməyən ASC 1500 manat ödəyəcək
11.12.202512 icra hakimiyyətin Aparat strukturunda bəzi şöbələr ləğv edilib
11.12.2025"Disney"in ən bahalı satınalmaları: Siyahıda 71 milyard dollarlıq müqavilə var
11.12.2025Bu ərazidə geniş Zəfər Parkı inşa olunacaq
11.12.2025"Porsche" işçi qüvvəsinin 25 faizini işdən çıxarmağı planlaşdırır
11.12.2025Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
11.12.2025Fransa bazarına ixrac dəyərində 2 dəfədən çox artım
11.12.2025BEA maydan bəri ilk dəfə neft bolluğu proqnozunu azaltdı - Rekord göstərici
11.12.2025Gələn il smartfon bazarı 30 faiz böyüyə bilər
11.12.2025İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi
11.12.2025MrBeast "YouTube"dan milyonları necə qazanır?
11.12.2025Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi
11.12.2025Ən çox POS-terminal istifadəsi bu rayonlardadır
11.12.2025Məzənnə
Yüklənir...