BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
9899

Aprel ayından etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Bakıdan İstanbul və İzmir şəhərlərinə yerinə yetirdiyi xüsusi reyslərin sayını tədricən artırmağı planlaşdırır. 

Şirkətdən Valyuta.az-a bildirilib ki, qurumun Türkiyənin qeyd edilən iki şəhərinə uçuşlarının artması sərnişinlərə həmin marşrutlar üzrə biletləri rəqabətədavamlı və münasib qiymətə əldə etmək imkanı yaradacaq. Bakıdan İzmirə və geri reyslərin sayı həftədə üç dəfədən dörd dəfəyədək artırılacaq.  Aprel ayının 20-dən etibarən isə Bakı-İstanbul-Bakı  istiqamətində uçuşlar hər gün yerinə yetiriləcək.

Reyslər "Buta Airways" tərəfindən Türkiyənin Adnan Menderes (İzmir) və Sabiha Gökçen (İstanbul) hava limanlarına yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə  təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat  opsiyaları daxildir.

Qeyd edilən reyslərə  biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş  agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Pandemiya dövründə həmin reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci  Terminalında  xidmət göstəriləcək. Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun xaricə satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin