Nəqliyyat
10.01.2025 / 11:50
Nazir müavini: "Bakıda taksi gözləmək üçün müddət maksimum 6-7 dəqiqədir"
62915
Bakıda sifariş verilmiş taksinin ünvana çatması müddəti maksimum 6-7 dəqiqədir.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.
"Taksi sahəsində islahatlarına yenicə başlanmasına baxmayaraq artıq müsbət nəticələr müşahidə olunur. Bu islahatların məqsədi qiymətlərin artırılması deyil. Taksi fəaliyyətinin tənzimlənməsi avtomobillərin keyfiyyətinin və sürücülərin hazırlığını əhatə edir. Həmçinin sürücülərin fəaliyyəti Əmək Məcəlləsinin tələblərinə uyğun tənzimlənir. Göstərilən xidmətlərdə xaotiklik aradan qaldırılırsa müəyyən korreksiyasılar ola bilər", - deyə o qeyd edib.
©Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay