BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
28496

“Bu yenidən qiymət artımına hazırlıq mərhələsidir və daima belə olacaq”.

Bu sözləri Kommersant.az-a iqtisadçı Natiq Cəfərli bu gün Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlərin Baş nazirə müraciətini şərh edərkən deyib.

Ekspert qeyd edir ki, bu sistemin idarəetməsi ilə bağlı problemlər həll olunmadıqca və hökumət difrensial gediş haqqı sisteminə keçid etməsə bu daima belə olacaq:

“Diferensial gediş haqqı bir çox ölkələrdə olan sistemdir. Bizdə gediş haqqı deyəndə bir dəfəlik gedişin qiyməti nəzərdə tutulur. Məsələn, bu gediş haqqı 30 qəpik idi, indi 40 qəpik oldu. Lakin dünyanın hər yerində bir dəfəlik gediş haqqı baha olub həmişə. Bu ölkələrdə gediş haqlara diferensial yanaşma olur. Məsələn, bir günlük, bir aylıq, altı aylıq, bir illik olur bu gediş haqlarının qiyməti. Bu zaman qiymət avtomatik düşür. Tutaq ki, bir dəfəlik gediş haqqı Avropada 3-3.5 avrodusa, bunu bir illik alsanız 50-60 sentə düşür. Normal yanaşma budur”.

Natiq Cəfərlinin sözlərinə görə, burada ikinci problem isə idarəetmədədir:

“Bizdə nəqliyyat sistemi pərakəndə fəaliyyət göstərir. Dünyanın hər yerində nəqliyyat sistemlərinə böyük şəhər bələdiyyələri baxır. Onlar da nəqliyyat sistemini bir vahid mərkəzdən idarə edirlər. Bizdə isə böyük şəhər bələdiyyəsi də, mer institutu da yoxdur.  Onun əvəzinə dövlət qurumları var, bu sahəyə eyni anda Metropoliten, Bakı şəhər İcra Hakimiyyəti, Baku Bus, Yerüstü Nəqliyyat Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi nəzarət edir. Hərəsi də öz qaydalarını tətbiq edir. Bu da pərakəndəliyə səbəb olur və qiymət artımında da idarə etmədə olan boşluqlar da ciddi rol oynayır. Ona görə də Azərbaycanda bu sahənin problemlərinin köklü həlli bu iki problemin düzəlməsi ilə bağlıdır”.

Ekspert qeyd edib ki, bu sistemə keçilsə, müəyyən güzəştlər də ola bilər:

“Məsələn, tələbələr üçün güzəştlər, təqaüdçülər üçün güzəştlər, 6 aylıq, bir illik gediş haqlarının ucuzlaşdırlması olmalıdır. Bu zaman gediş haqqı lap bir manat da ola bilər. Burda problem yoxdur. Problem odur ki, bütün gediş haqlarına aid olmamalıdır. Bizdə sözün yaxşı mənasında mürəkkəb sistem yoxdur, primitivcəsinə daim gediş haqqının artırılması müzakirə obyektinə çevrilir”.

Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlərin bu müraciətini həm də qiymət artımına hazırlıq kimi qiymətləndirmək olarmı sualına cavab olaraq ekspert bildirib ki, əlbəttə hazırlıqlar gedir: 

"Yəqin ki, ilin sonuna qədər bir neçə dəfə belə nəbz yoxlamaları olacaq. Və ola bilər ki, yanvardan yenidən qiymət artımının şahidi olaq”.

Qeyd edək ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edərək, məsələ ilə bağlı baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayıb. Şirkətlər gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin