BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
27124

"Bu gün Bakı şəhərində ictimai nəqliyyat yanlız metro üzərində qurulmamalıdır. İctimai nəqliyyat çoxşaxəli olmalıdır. Metro ilə yanaşı avtobuslar işləməli, tramvay xətləri çəkilməlidir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.

O əlavə edib ki, mövcud bütün nəqliyyat vasitələrindən istifadə olunmalıdır: "Lakin bu gün fərqli tendensiyanın şahidi oluruq. Avtobus dayanacaqlarından ödəmə terminallarının yığışdırılması xeyli insanı metroya axın etməyə sövq edir. Amma başa düşmək lazımdır ki, avtobus nəqliyyatından fərqli olaraq metro rels üzərində hərəkət edir.

Təhlükəsizlik baxımından reqlamentə görə hərəkət edən qatarlar arasında müəyyən interval olmalıdır. Ürəyimiz istəyən qədər metrostansiyalar açsaq da, çoxlu qatarlkar gətirsək də intervallara riayət etməli olacağıq. Metronun həmçinin sərnişindaşıma tutumu da mövcuddur. Bundan artıq sərnişin daşımaq mümkün deyil. Avtomobil nəqliyyatında isə bunu etmək bir qədər asandır. Avtobuslar arasında interval 30 saniyə də ola bilər. Bu səbəbdən ictimai nəqliyyat yanlız metro üzərində qurulmamalıdır".

Ekspert əlavə edib ki, bütün hallarda Bakıda metronun şaxələnməsinə böyük ehtiyac var: "İctimai nəqliyyatın avtobus seqmentinin bərbad vəziyyətdə olmasını nəzərə alsaq Bakı sakinlərini mənzil başına çatdıran əsas vasitə metrodur. Metro bu gün Bakı şəhəri üçün effektiv sayılır.

Estoniyanın paytaxtı Tallin şəhərindəki ictimai nəqliyyata baxsaq görərik ki, həftəsonları orada ictimai nəqliyyat vətəndaşlara pulsuz təqdim olunur. Talllin şəhərində o qədər də tıxac problemi olmur. Bu şəhərdə metro olmasa da ictimai nəqliyyat saat kimi işləyir.

Növbəti şəhər kimi İspaniyanın Barselona şəhərini də misal göstərmək olar. Bu şəhərdə yeraltı infrastruktur çox inkişaf edib. Yeraltı qarajlar, mağazalar, həmçinin metro və sürətli qatarları qeyd etmək olar. Barselonada sakinlər və qonaqlar yeraltı nəqliyyatdan daha çox istifadə edirlər. Qarşımızda olan bu iki misaldan optimal bir bir çıxış yolu tapıb Bakının xaraketinə uyğun tətbiq edə bilərik".

Eldəniz Cəfərov həmçinin deyib ki, Bakıda bəzi istiqamətlərə metro xətlərinin çəkilməsi lazımdır: "Çox istərdi kki, "Xocasən" stansiyasından sonra Masazır, Xırdalan və Sumqayıta qədər metro xətləri uzadılsın. Eyni zamanda "Koroğlu" stansiyasından Bakı kəndləri istiqamətində metro stansiyaların sayı artırılmalıdır.

Bununla bağlı "Bakı Metropoliteni" QSC və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yaymışdı ki, 2030-cu ilə qədər Bakıda metrostansiyaların sayı artacaq və xətlər şaxələndiriləcək. Bu işləri görməzdən əvvəl Bakı sakinlərinin fikirləri mütləq nəzərə alınmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin