BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
24046

“Ölkədə ictimai nəqliyyat daha sərfəli olmalıdır ki, insanlar öz maşınlarından az istifadə eləsinlər”.

Bu barədə BAKU.WS-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, paytaxt yollarında tıxacların qarşısının alınması üçün iş vaxtlarının dəyişdirilməsi hər zaman müzakirə olunan əsas mövzulardan olsa da real nəticələr əldə edilə bilmir:

“Məktəblərin açılmasını, payız-qış mövsümündəki yağışlı-qarlı havaları nəzərə alsaq, sıxlığın daha da artacağını deyə bilərik. Bakıda, demək olar, bütün iş yerlərində fəaliyyət saat 8-9 arasında başlayır, 5-6 da isə bitir. Bunu bir az geri və irəli çəkmək olar. Bir neçə qurumlarda isə, istirahət günlərini şənbə-bazar yerinə, həftənin digər günləri ilə əvəz etmək olar. Çində və başqa ölkələrdə şəxsi avtomobillərinin şəhərə buraxılması qaydası xüsusi sistemlə tənzimlənir”.

Deputatın fikrincə, sıxlığı azaltmaq üçün həm də Bakı Nəqliyyat Agentliyi öz qrafikini dəyişməlidir:

“Ölkədə ictimai nəqliyyat daha sərfəli olmalıdır ki, insanlar öz maşınlarından az istifadə eləsinlər. Beləcə ictimai nəqliyyat populyarlaşar və sıxlıq nisbətən azalar”.

Sədr bildirir ki, hər şeyi dövlətdən gözləmək problemin həllinə çarə deyil. Gərək özəl şirkətlər bu işdə özləri maraqlı ola:

“Yeni qaydaların tətbiqinə mane olan heç nə görmürəm. Sadəcə ola bilsin ki, bu məsələyə hökumətin diqqəti yoxdur. Nazirlər Kabineti bununla bağlı qərar qəbul edə bilər. Özəl müəssisələr isə özləri bu işdə maraqlı olmalıdırlar. Çünki heç kəs sahibkara deyə bilməz ki, “sən işini bu saatda aç, bu saatda da bağla”. Hökumət qərarı ancaq dövlət qurumlarına şamil olunacaq. Bu da problemi tam həll etmir. Qeyri-hökumət təşkilatları, həmkarlar konfedrasiyası və işəgötürənlər birliyinin görəcəyi işlər də burada öz töhfəsini verə bilər”.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə deyir ki, yollarda sıxlıq yaranması normaldır. Ancaq çalışmaq lazımdır ki, bu sıxlıq tıxaca çevrilməsin:

“Uzun illərdir iş vaxtlarının dəyişdirilməsi müzakirə edilir. Təklif olunur ki, müxtəlif idarə və təşkikatlar, özəl müəsisələr iş saatlarını dəyişsinlər. Bu sayədə də yollarda sıxlıq bir qədər azalsın. Hazırda bəzi qurumlar bu təklifi dəyərləndiriblər. Bakı şəhərində əhali sayı get-gedə artır. Bu da nəqliyyat vasitələrinə tələbi və şəxsi avtomobilləri artırır. Çalışıb bu sıxlığı tıxaca çevirməmək lazımdır. Tək Bakı şəhərində iş saatlarını ayrı etsək həmin müəssisələrin bölgələrdəki nümayəndəlikləri ilə aralarında anlaşılmazlıq yaranar. Ona görə də, bütün bunları nəzərə almaq lazımdır”.

Qeyd edək ki, əksər Avropa ölkələri həftəlik iş saatlarınının müddətini qısaldaraq həm əhalinin rifahını yüksəltmək, həm də bu yolla nəqliyyatda sıxlığı tənzimləmək kimi mühüm addımlar atıblar. Ölkəmizdə isə dəfələrlə belə mövzular gündəmə gətirilib, buna baxmayaraq hələ də heç bir addım atılmayıb. 

Son olaraq 2020-ci ildə səhər və axşam saatlarında işə gəlib-gedənlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilmişdi. Əsas məqsəd bundan ibarət idi ki, bütün qurumların işçiləri 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər. Lakin bu illər ərzində mövcud problem istiqamətində real işlər təəssüf ki görülməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin