BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
23909

Xəbər verdiyimiz kimi avtobuslarda gediş qiymətlərinin artımı üçün bir neçə ay əvvəl Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün özəl daşıyıcı şirkətlər dövlət qurumlarına müraciət ediblər.

Şirkətlər bildirirlər ki, gediş haqqının 30 qəpik olması onların heç bir xərcini ödəmir. Xeyirdən çox ziyana işlədiklərini deyən sərnişindaşıma şirkətləri gediş haqlarının 50 qəpik olmasını istəyir.

Mövzu ilə bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Modern.az-a danışıb. Ekspert deyib k, nəqliyyat vasitələrinin qiyməti ilə bağlı məsələ həssas bir problemdir.

Ərşad Hüseynov bildirib ki, hazırda əhalinin böyük bir hissəsi ictimai nəqliyyatdan istifadə edir:

“İctimai nəqliyyatdan istifadə insanların gündəlik və aylıq xərclərinə təsir edir. Nəqliyyatın xərci qalxarsa, insanların da dolanışığına mənfi təsirləri olacaq. Dünyanın hər yerində belə bir tendensiya var ki, ictimai nəqliyyatın qiyməti artırsa, insanlar ondan qaçır, imtina edir. Açıq-aşkar bu halın Azərbaycanda da olduğunu görürük. Müəyyən taksi aqreqatrlarının sözlərinə görə, taksilərdə elə qiymət təklif edirlər ki, insanlar taksiyə üstünlük versin. Bu çox yanlış bir yanaşmadır. İctimai nəqliyyat olmayan yerdə tıxacsız, rəvan hərəkət olmur. Hesab edirəm ki, gediş haqqını əhalinin hesabına qaldırmaq düzgün deyil. Amma ortaya bir məsələ çıxır ki, daşıma şirkətləri də müflis olub. Gediş haqqı 50 qəpik olsa da, o şirkətlərin müasir tələblərə uyğun çalışması yenə çətin olacaq”.

E.Hüseynov vurğulayıb ki, bu vəziyyətdən çıxmağın tək yolu dövlətin dəstəyidir:

“Dövlətin şəhərlərarası xidmətə ciddi dəstəyi lazımdır. Sərnişinlərin hesabına yox, dövlətin dəstəyi hesabına bu sahəni inkişaf etdirmək lazımdır. Bu dəstək olmasa ictimai sərnişindaşıma sahəsi müflis olub gedəcək. Sentyabrın 15-dən etibarən bəlkə də Bakıda görmədiyimiz tıxaclarla qarşılaşacağıq. Ona görə də təcili surətdə dövlət dəstəyi lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin