“Silk Vey Vest Aviaşirkəti” ilin ilk yarısını 602 mln. manat xalis mənfəətlə tamamlayıb
“Silk Way Holding” MMC-nin törəmə aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC (Silk Wey West) 2022-ci ilin ilk yarısında böyük mənfəət əldə etdiyini açıqladı.
Bu barədə aviaşirkətin yarımillik maliyyə hesabatında bildirilir.
2022-ci ilin yanvar-iyun ayları ərzində 1 milyard 784.96 milyon manatlıq gəlir əldə etmiş, 987.33 mln. manat xərci olmuşdur. Bu da onun əməliyyatını 805.78 milyon manat mənfəətli etmişdir.
“Silk Vey Vest Aviaşirkəti” hesabat müddətində 165.83 mln. manatlıq mənfəət vergisi ödəmiş və beləliklə, yarımildə onun xalis mənfəəti 602.31 mln. manat təşkil edib. Aviaşirkət yarımillik hesabatə öncəki illərdə təqdim etmədiyi üçün statistik göstəriciləri müqayisə etməyi mümkünsüz edir, lakin 2021-ci il üzrə hesabatında 920.23 milyon manatlıq xalis mənfəət etmişdi.
Dövr üzrə xalis mənfəti onun balansındakı bölüşdürülməmiş mənfəəti 662 milyon manata çatdırıb.
//Banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay