Nəqliyyat
25.08.2022 / 16:41
“Xocəsən” metrostansiyasına rəis təyin edilib
23755
“Bakı Metropoliteni” QSC-nin tikintisi yekunlaşan, şərti adı “Xocəsən” olan stansiyasına rəis təyin edilib.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı səhmdar cəmiyyətinin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifə Seyfulla Vəliyevə həvalə olunub.
O, bundan əvvəl “Nəriman Nərimanov” metrostansiyasının rəisi olub. S.Vəliyevin yerinə isə təyinat olmayıb və burada rəis vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavininə tapşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay