BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
23448

Sədərək Ticarət Mərkəzinə hərəkət edən marşrut avtobuslarının sayının azaldılması ticarət mərkəzinin sahibkarlarının narazılığına səbəb olub.

Bu barədə ticarət mərkəzinin sahibkarları "Trend"ə xəbər verib.

Sahibkar Allahyar Musayev bildirir ki, ticarət mərkəzinə müştəri axını çox olsa da, bu istiqamətdə hərəkət edən marşrut avtobuslarının sayı kəskin azaldılıb.

"Ticarət Mərkəzinə cəmi bir marşrut işləyir. 211 saylı marşrut xətti əvvəllər normal işləsə də, son vaxtlar həmin marşrutdakı avtobusların sayı azaldılıb. Əgər əvvəllər buradan marşrut avtobusu 5-10 dəqiqədən bir çıxırdısa, indi yarım saatlarla avtobus gözləyirik. Elə olur ki, avtobus bir saatdan bir gəlir. Ticarət mərkəzinə gəlib-getmək mümkün olmur. Avtobusda və dayanacaqlarda sıxlıq yaranır. Dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsək də, problemin həllinə çalışan yoxdur. Nəticədə sahibkarlar da əziyyət çəkir, müştərilər də", - sahibkar bildirib.

Digər sahibkar Namiq Həsənov isə bildirir ki, əvvəllər şəhərin mərkəzi hissələrindən Sədərək Ticarət Mərkəzinə 10-a yaxın marşrut xətti işləsə də, son vaxtlar həmin marşrutların fəaliyyəti qəfil dayandırılıb: "Əvvəllər Bakının Nizami rayonu, Yasamal rayonu, Xətai rayonu istiqamətindən, metronun "Xalqlar Dostluğu", "Gənclik", "28 may", "20 yanvar" stansiyalarının qarşısından bu istiqamətə ayrıca marşrut xətləri işləyirdi. Hər marşrut xətti üzrə 20-dən çox avtobus fəaliyyət göstərirdi. Amma bir ildən artıqdır ki, həmin marşrutların fəaliyyəti tam dayandırılıb. İndi yalnız "Memar Əcəmi" metrostansiyasından 211 saylı marşrut xətti gəlir, digər marşrut xətləri isə ləğv edilib. Mən hər gün "Xalqlar dostluğu"stansiyasından işə gəlmək üçün saatlarla yollarda qalıram".

Sahibkar bildirir ki, son vaxtlar Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkət edən yeganə marşrut xətti olan 211 saylı marşrut xəttində də avtobusların sayı azaldılıb: "Əvvəllər 211 saylı marşrut xəttində 15-17 avtobus işləyirdi. İndi həmin avtobusların sayı 7-yə endirilib. Nəticədə 1 saat, saat yarım avtobus gözləyirik. Artıq dözülməz həddəyik. İş yerindən evə, evdən iş yerinə 3 saata çata bilmirik".

Bakı Nəqliyyat Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Sədərək Ticarət Mərkəzi istiqamətində 8 müntəzəm marşrut xətti üzrə (120, 126, 130, 174, 176, 164, 206 və 211) 70-dən artıq orta və iritutumlu avtobuslar fəaliyyət göstərir. Bu marşrut xətləri üzrə avtobuslar Sədərək Ticarət Mərkəzini Bayıl qəsəbəsi 20-ci sahə, Lökbatan, Biləcəri, Binəqədi, Xırdalan, Yasamal yaşayış sahələri, eləcə də metronun “20 Yanvar”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Gənclik” stansiyaları ilə birbaşa əlaqələndirir.

"Vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə ticarət mərkəzi istiqamətində sərnişindaşımaların yaxşılaşdırılması daim diqqətdə saxlanılır. Agentlik tərəfindən Sədərək ticarət mərkəzinə yeni 194 nömrəli marşrut təşkil edilib, 211 nömrəli marşrut “BakuBus” MMC-yə həvalə edilərək, avtobuslar müasir iritutumlu avtobuslarla əvəzlənib. Hazırda isə Sədərək Ticarət Mərkəzini “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Koroğlu” və “Sahil” metro stansiyaları ilə əlaqələndirən ekspres xəttin təşkil edilməsi istiqamətində təhlil işləri aparılır.

Bütün digər, o cümlədən Sədərək Ticarət Mərkəzi istiqamətində də müntəzəm marşrut xətləri üzrə gündəlik reysə çıxan avtobus sayı sərnişin tələbatına uyğun tənzimlənir. “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli müntəzəm marşrut xətti üzrə adi rejimdə 15-16 avtobus fəaliyyət göstərirdisə, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla daşımalara 10-11 avtobus cəlb edilir", - deyə məlumatda qeyd olunub.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin