Nəqliyyat
07.07.2022 / 11:32
"British Airways" işçi çatışmazlığı ilə əlaqədar 10 mindən çox reysi ləğv edib
22856
Böyük Britaniyanın "British Airways" aviaşirkəti işçi çatışmazlığı ilə əlaqədar avqust-oktyabr aylarına nəzərdən tutulan 10 300 reysi ləğv etmək qərarı verib.
Trend-in məlumatına görə, bu barədə Britaniya mətbuatı yazır.
Qeyd olunur ki, şirkətin işçi çatışmazlığı biletlərə artan kəskin tələbat fonunda bir sıra ciddi problemlərə yol açıb. Reyslərin ləğvi Londonun Hitrou, Qatvik və Siti hava limanlarını əhatə edəcək.
Ümumilikdə post-pandemiya bərpa dövründə bu ilin aprelindən oktyabr ayınadək "British Airways" 30 minə yaxın reysi ləğv edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay