BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
22313

“Bakı Metropoliteni” QSC hazırda gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə “Report”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, sərnişin sayının artmasına baxmayaraq metroda qatarlar arasında intervalın azaldılması mümkün deyil:

“Hazırda metro qatarlarının arasında interval 2 dəqiqəyə bərabərdir. Bu isə ən optimal formadır. Hətta biz istəsək belə, texniki imkan bu intervalı azaltmağa imkan vermir. Onu da əlavə edim ki, hazırda müşahidə edilən sıxlıq 2019-cu ilin göstərcilərindən aşağıdır.

İyunun birindən etibarən metronun havalandırma sistemi yay rejiminə keçdi. Qatarların hərəkəti ilə bağlı qərar isə iyunun sonu iyulun əvvəlində veriləcək. Hazırda isə qış rejimi qüvvədədir və gün ərzində xəttə 40-46 qatar çıxarılır”.

“Bakı Metropoliteni” hazırda sərnişin axınının artmasının monitorinqinin aparıldığını qeyd edib.

Əlavə edək ki, hazırda Bakı metrosunda 315 vaqon və 63 qatar var ki, onlardan 19-u yeni nəsil qatarlarıdır.

Qeyd edək ki, iyunun 10-12-si tarixlərində Bakıda keçiriləcək Formula-1” yarışları ilə əlaqədar olaraq paytaxtın bəzi yolları bağlanıb. Bu səbəbdən də ictimai nəqliyyatdan, xüsusilə də metrodan istifadə edən sərnişinlərin sayı artıb.

Hazırda metropoliten xətlərində hərəkət 30 qatar cütü ilə təşkil edilir. Amma yay rejimində sərnişinlərin azalması ilə qatar cütlərinin sayı 20-yə qədər azaldılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin