Nəqliyyat
06.06.2022 / 15:55
Mahaçqala-Bakı aviareysi ləğv olundu
22288
Mahaçqala ilə Bakı arasında aviareyslər bərpa olunmadan ləğv edilib.
“APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, Azərbaycan hökuməti tərəfindən uçuş üçün icazəni geri çağırması ilə əlaqədardır.
“Azərbaycan tərəfi “Utair” şirkətinə uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib”, - Dağıstan Hava Limanının mətbuat xidmətindən bildirilib.
İcazənin ləğvinin səbəblərini açıqlamayıb.
Aviareyslərin ləğvi ilə bağlı məlumat Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə təsdiqlənib.
Xatırladaq ki, “Utair” iyunun 3-dən Mahaçqaladan Bakıya uçuşları bərpa etmək niyyətində idi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay