ABŞ-da milyarder olan türkiyəli çobanın uğur hekayəsi
Amerikaya gedib dil öyrənmək və uzun zəhmətlərdən sonra qatıq reseptini tapıb milyarder olmaq olar? Hamdi Ulukaya bunu edən nadir insanlardandır. Amerikada demək olar ki, hər bir supermarketdə satılan “Chobani” qatığının istehsalçısıdır. Üstəlik, o, işə qatıq istehsal edən fabrik almaqla başlamayıb.
“Chobani” qatığının bütün reseptini özü yaratdı. O, əksər insanların ağlına belə gəlməyən nailiyyətlərlə adını bütün dünyaya tanıtdı. Hazırda bir çox qəzet və media qurumları onu “Ərzincanlı dahi” adlandırırlar.
Valyuta.az “Chobani” brendinin fərqli uğur hekayəsini təqdim edir.
Hamdi Ulukaya 26 oktyabr 1972-ci ildə Ərzincanın İliç rayonunda anadan olub. Yaşadığı rayonun coğrafi şəraitinə görə ailəsinin gəlir mənbəyi heyvandarlıq olub. O, Ərzincanda vaxt keçirib və ailəsini bu işlə dolandırıb. Daha sonra Ankara Universitetində Siyasi Elmlər ixtisası üzrə ali təhsil almaq üçün Ankaraya gedib. Ankarada təhsilini başa vurduqdan sonra dil öyrənmək üçün ABŞ-ın Albany Universitetində təhsil alıb.
Hamdi Ulukayanın həyatı əslində təhsil almaq üçün ABŞ-a getdikdən sonra dəyişir. Buradakı əzmi onu gələcəkdə müxtəlif yerlərə aparır. Uşaq vaxtı arzusu sürücü olmaq idi və tez-tez dünyanın harasına getməsindən asılı olmayaraq uşaqlığını unutmadığını deyir. O, əslində uşaq ikən çox oyuncağı olmadığını, həyatının çox hissəsini təbiətlə dostluqda keçirdiyini bildirir. Hamdi Ulukayanın ən çox darıxdığı şeylərdən biri də ailəsi ilə keçirdiyi yaylaq həyatıdır. Gecələr yandırılan ocaqlar, anasının yeməkləri, quzuların mələşməsi və s. Əslində uşaqlıqda sevdiyi və gördüyü hər şey onu bu işi qurmağa ruhlandırıb. Bu, onun “Hürriyyət”ə verdiyi açıqlamada əksini daha aydın tapır.
O, deyir ki, bu günə kimi 3 brendi qeydiyyatdan keçirib: “Euphrates (Fırat), “Chobani” (Çobani) və Tent (çadır). Bunlar hamısı uşaqlığımın şəkilləridir. İstifadə etdiyim hər bir taktika, liderlik tərzim, brend anlayışım və dəyərlərim ondan asılıdır. Başqa yerdən heç nə öyrənməmişəm”.
Peşələrin dəyişməsi ilə gələn dəyişiklik
Hamdi Ulukaya sadəcə Amerikaya gedib orada biznes quran biri kimi görünməməlidir. Çünki o, bu səviyyəyə çatana qədər bir çox işlərin öhdəsindən gəlmiş və gördüyü hər işdən təcrübə qazanmış birisidir. Gənc yaşlarından yayla həyatının bəhrələri olan heyvandarlıq və pendirçilik, çobanlarla qurduğu fərqli ünsiyyət, hətta gələcəkdə yaratdığı dünya brendinin ilham mənbəyinə çevrildi. Hətta Ərzincan zəlzələsindən sonra tanış olduğu biri ilə “Erzincan İliçin səsi” adlı qəzet çıxarmağa başlayıb. Lakin verdiyi xəbərlər nəticəsində saxlanılaraq jurnalistika macərasına son qoyulub. Hamdi Ulukaya həbsdən çıxandan sonra Avropaya getməyə qərar verib. Lakin ətrafındakıların təkliflərini dinlədikdən sonra Amerikaya getməyin daha yaxşı olduğuna qərar verdi. Bu prosesdə ən çətini ailəsindən ayrılmaq idi.
Amerikada türk pendirləri
Hamdi Ulukaya Amerikada dil təhsili alırdı, o, italyan müəlliminin verdiyi tapşırıq üçün pendirin necə hazırlanacağı ilə bağlı məqalə yazıb. Bu yazı ilə müəllimin diqqətini çəkib. İtalyan müəlliminin təklifi ilə Nyu-Yorkun şimalında yerləşən Albany şəhərində işləməyə başlayıb. O, orada əsl Amerikanı, insanları, fermanı və yük maşını sürücülərini tanıdığını deyir.
Ziyarətə gələn atasının yanında qaldığı müddətdə atası “Buranın pendirləri dadlı deyil, öz ölkəsinin pendirlərini burada satmalısan” deyərək nəsihət verir.
Vəziyyətdən əmin olan Hamdi Ulukaya pendiri Türkiyədən gətirərək satmağa başlayıb. Türkiyədən gələn pendirlər ABŞ-da çox məşhur idi. Bunun üzərinə 2002-ci ildə Nyu-Yorkun Johnston şəhərində topdansatış pendir fabriki açır və ona “Fırat” adını verir. O, hər gün iflas ərəfəsində idi. Obyekt yalnız iki ildən sonra qazanc əldə edə bildi. Hamdi Ulukayanın ABŞ-dakı ən çətin və gərgin illərində vəziyyəti belə izah edib: "Həmin iki il həyatımın ən çətin dövrləri idi". 2005-ci ilin yazında onun həyatını dəyişəcək kiçik bir hadisə baş verir.
Yeni sıçrayış, yeni həyat və “Chobani”
2005-ci ildə ABŞ-ın korporativ “Behemoth Kraft Foods” şirkəti Nyu-Yorkun Cənubi Edmoston şəhərindəki qatıq fabrikini bağlayır. Fabrikin bağlanması ilə bir çox işçi işsiz qalır. Eyni dövrdə Hamdi Ulukaya Nyu-Yorkun Cənubi Edmeston şəhərində, öz pendir fabrikindən təxminən 100 km qərbdə bir qatıq fabrikinin satışa çıxarıldığını eşidir. Bu 84 illik fabrik idi və Hamdi Ulukayanın onu almağı çox istəyirdi.
Vəkilləri və müşavirləri ona bunu etməməyi desələr də, o, böyük riskə getdi və Kiçik Biznes İdarəsindən aldığı kreditlərlə ödənişləri beş ayda tamamladı. O, əvvəlcə yeni şirkətinə "Arqo Farma" adını verdi və “Kraft”da işdən çıxarılan işçilərin bir qismini geri işə götürdü. Onlar ilk növbədə tərk edilmiş fabrikin təmiri və rənglənməsi ilə məşğul olurdular.
Bununla da, “Chobani” qatığının macərası başlayır
Hamdi Ulukaya Amerika tipli qatıqları çox şəkərli, sulu və süni tapıb. O, Türkiyədə darıxdığı, sevdiyi qatığı burada istehsal etmək istəyirdi. Onlar qatıq ustası Mustafa Doğanı Amerikaya gətirib, uzun müddət yeni qatıqlar istehsal etmək üçün çalışıblar. Yüzlərlə cəhddən sonra istədikləri tutarlılığı və dadı tapdılar. Ən əsası isə heç bir qatqı olmadığı üçün təbii saxlama müddəti olan qatıq əldə edə biliblər.
“Chobani” adlı bu qatığın adı çobandan gəlir. Çünki Hamdi Ulukaya dünyanın hər yerində “Çoban çobandır” deyir.
“Chobani” qatıqlarını hər kəs üçün əlçatan etmək və bazara çıxarmaq üçün “Chobani” qatıqlarını butik mağazalara deyil, böyük supermarketlərə göndərdi və onları ölkənin bütün süd məhsulları departamentlərində saxladı. Bu, markanın sürətlə böyüməsinə imkan verdi. Klassik Amerika qatığından sonra “Chobani” qatıq istehlakçıların rəğbətini qazanıb.
İlk göndərmə, bir neçə yüz bağlama, 2007-ci ilin oktyabrında bir ərzaq mağazasına aparıldı. Mağaza sahibi növbəti həftə yenidən sifariş verdi. Beləliklə, “Chobani” Amerikada özünə yer tapdı.
Niyə türk qatığı yerinə yunan qatığı?
Hamdi Ulukaya ən çox verilən suallardan biri də onun niyə yunan qatığı ifadəsini işlətməsidir. Əslində qatıq həm türklərin, həm də yunanların istifadə etdiyi yeməkdir. Halbuki Amerikada yunan qatığı adlanan niş bazarı var. Hamdi Ulukaya bazarın yeni üzvü kimi "Yunan Qatığı" adından da istifadə edib.
O, türk pendiri, simit və türk qəhvəsini bütün dünyaya tanıtmaqda qərarlıdır. Əslində Avropada yunan qatığı terminindən istifadə etmək olmaz. Buna səbəb Avropa bazarının çətin bazar olmasıdır. Məhsulların raf ömrü, qiymətləri və marketinq üsulu fərqli işləyir.
Hamdi Ulukaya Avropada fabrik açmadan məhsullarını Avstraliya və İngiltərəyə göndərərək sınaq etdi, lakin nəticə onun istədiyi kimi olmadı. Təkcə Avropa bazarında deyil, dünyanın heç bir yerində Hamdi Ulukaya artıq yunan qatığı ifadəsini işlədə bilməyəcək. Çünki Yunanıstanın aparıcı süd şirkəti “Fage” İngiltərədə “Chobani”ni məhkəməyə vermişdi.
O, Yunanıstanda istehsal olunmayan qatığın yunan qatığı kimi satıla bilməyəcəyini iddia edib. Və şirkət məhkəmə işini qazanıb. İşə İngiltərədə baxıldığından “Chobani”nin etiraz etmək hüququ yox olmayıb.
Chobani qatıqları necə satılır?
Hamdi Ulukaya qatıqla girdiyi qida bazarında yer almaq üçün bəzi marketinq üsullarını sınayıb. Məhsullarını kiçik ərzaq mağazaları əvəzinə böyük zəncir bazarlarına göndərməklə, onun daha geniş istehlakçı bazasına yayılmasına şərait yaradıb.
Yeni qurduğu şirkətin maddi vəziyyəti hələ yaxşı olmadığından marketlərə rəf kirayəsini qatıqla ödəyirdi. Yəni qatıq satılanda həm rəf icarə haqqını ödəyirdi, həm də şirkətə pul axını təmin edirdi. Marketlərdə kiçik dequstasiya stendləri açmaqla müştərilərə qatığın dadına baxmağa və onları almağa həvəsləndirdi.
Sosial media komandası ilə istehlakçılarla birbaşa əlaqə qurdu və müştəri istəklərinə tez cavab verə bildi. O, üzərində “Chobani” yazılmış yük maşını ilə bütün ABŞ-ı gəzib, festivallarda, konsertlərdə, tədbirlərdə iştirak edib, pulsuz qatıq paylayıb, “Chobani”ni insanlara tanıtdırıb.
Hədəf auditoriyasına uyğun qatıqlar istehsal etməklə daha çox müştəri cəlb edib. Məsələn o, uşaqlar üçün “Chobani Champions” və idmançılar üçün “Chobani Simply 100” kimi müxtəlif məhsullarla özünü istehlakçılara təqdim edir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay