Alimlər Venera ilə qədim Yer arasında yeni oxşarlıq tapdı
Monaş Universitetinin kanadalı alimləri Yer və Veneranın geoloji tarixində diqqətəlayiq oxşarlıqlar aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature Geoscience" (NatGeo) elmi jurnalında dərc olunub.
Komanda bu qənaətə gəlib ki, Veneranın tessera kimi tanınan nəhəng yaylaları milyardlarla il əvvəl Yer kürəsində ən erkən qitələri meydana gətirən eyni proseslər nəticəsində əmələ gəlmiş ola bilər.
Tədqiqatçılar yüksək məhsuldarlıqlı kompüter modelləşdirməsindən və Magellan kosmik gəmisindən alınan məlumatlardan istifadə edərək, Veneranın ən böyük yaylası olan İştar yerinin formalaşmasını simulyasiya ediblər.
Nəticələr onu deməyə əsas verir ki, İştar yeri və digər tesseralar planetimizin isti daxilindən qitələrimizin qədim nüvələri olan Yerin kratonlarının əmələ gəlməsinə bənzər bir proseslə qalxmış ola bilər.
"Venerada kəşf etdiyimiz xüsusiyyətlər Yerin erkən qitələrinə heyrətamiz dərəcədə bənzəyir və bu, Veneranın keçmişinin dinamikasının əvvəllər düşünüldüyündən daha çox Yerin dinamikasına bənzədiyini göstərir", deyə kəşfin müəllifləri qeyd ediblər.
Tədqiqatçıların fikrincə, yeni məlumatlar Veneranın, Yerin və digər qayalı planetlərin geoloji təkamülünü daha yaxşı anlamağa imkan verir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay