BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
46779

İnvestisiya etməyin qızıl qaydası məlumatlı olmaqdır. Bildiyiniz bazarda çalışmaq sizə həm rahatlıq, həm də qazanc gətirəcək. Yatırım olunan vasitənin müxtəlifliyindən asılı olmayaraq onun haqqında məlumat toplamaq lazımdır. İnvestisiya etməzdən öncə oxumalı olduğunuz kitabların bəziləri ilə bu məqalədə tanış olacaqsınız.

Valyuta.az-a bu barədə danışan investisiya üzrə mütəxəssis Rövşən Hüseynli deyir ki, investisiya etmək istəyən şəxslərin mütləq oxumalı olduğu kitablar var. Onlardan bəziləri bunlardır:

1. Corc S.Kleyson “Babilin ən varlı adamı”

“Sərvət əvvəlcə ağa kimi kiçik bir toxumdur. Qənaət etdiyiniz ilk mis sikkə sərvətinizin böyüyəcək ilk toxumudur”.

“Nə qədər çox bilik əldə ediriksə, bir o qədər çox qazanırıq. Peşəsi haqqında daha çox öyrənmək istəyən şəxs bol-bol mükafatlandırılacaq”

“Xəzinələriniz sizin üçün işləsin. Onu özünə qul et, qoy onun övladları, övladlarının uşaqları belə sənin üçün işləsin”.

2. Robert T. Kiyosaki “Varlı ata kasıb ata”

“Nə qədər pul qazandığınız deyil, nə qədər qənaət etdiyiniz önəmlidir”.

“Puldan asılı olmayın. Öyrənmək üçün öyrənin. Bilik üçün öyrənin”

“Qayda 1: Aktivlər və öhdəliklər arasındakı fərqi öyrənin və aktivləri toplayın.”

“Varlı və kaslbln yaşamaq fəlsəfəsi belədir: “Varlılar əvvəlcə qənaət edər, sonra xərcləyər. Kasıblar isə əvvəlcə xərcləyərlər, qalarsa, qənat etməyə və yığmağa çalışarlar”.

 

HƏMÇİNİN BAX:

"Bank VTB Azərbaycan"ın aktivləri 6 milyon manatdan çox azalıb

Əhali 33 milyon, şirkətlər 53 milyon depoziti “Access Bank”dan geri çəkib

Son üç ayda əhali ABB-dən 72 milyon manat depozitini geri çəkib

 

3. Edvin Lefevre “Bir spekulyatorun xatirələri”

“Qazanacağamsa, öz biliyimin sayəsində qazanmalıyam, uduzacağamsa da, öz səhvlərimə görə uduzmalıyam”.

“Uğurlu birja spekulyasiyasının prinsipləri insanların keçmişdə etdikləri səhvləri gələcəkdə də edəcəkləri fərziyyəsinə əsaslanır”.

“Bir insanın ağrılı təcrübələrdən dərs çıxarmasını öyrənmək üçün uzun müddət lazımdır”.

4. Warren Buffet “Warren Buffet tərzi”

“Başqalarından daha ağıllı yox, daha intizamlı olmalısan”.

“Sizə deyilən hər şeyə emosional reaksiya versəniz, əziyyət çəkməyə davam edəcəksiniz”.

“Əsl güc, arxanıza yaslanıb məntiqlə hər şeyi müşahidə etməkdir. Əsl güc təmkindir. Əgər tərəfin sözləri səni idarə edirsə, bu o deməkdir ki, hər kəs səni idarə edə bilər. Nəfəs alın və hadisənin keçib getməsinə icazə verin”.

“Yalnız yüksək intellektə sahib olmaq kifayət deyil, əsas olan onu yaxşı tətbiq etməkdir”.

5. Philip A. Fisher “Adi səhmlər qeyri-adi mənfəətlər”

“Dəhşətli səhvlər etməyən birini irəli sürməyin, əks halda siz heç vaxt heç nə etməyən birini təbliğ etmiş olarsınız. Səhmlərin son bir neçə ildə artıb-artmamasının indi alınmalı olub-olmamasının əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan şirkətin kifayət qədər irəliləyişə nail olub-olmaması və ya gələcəkdə mövcud qiymətindən daha yüksək qalxacağını göstərən bir inkişafın olub-olmamasıdır”.

“Axmaq ilə ağıllı arasındakı əsas fərq odur ki, ağıllı insan öz səhvlərindən dərs alır, axmaq isə heç vaxt öyrənmir”.

6. Peter Lynch “Birjaya qalib gəlmək”

“Uğurlu investor həftə sonu narahatlığının onun strategiyasını pozmasına imkan verməz. İnvestisiya etmək əyləncəli və həyəcan verici bir məşğuliyyətdir, lakin lazımi araşdırma aparmasanız təhlükəli ola bilər. Son otuz ildə fond bazarı peşəkar investorlar dəstəsinin nəzarəti altına keçib. Məşhur inancın əksinə olaraq, bu həvəskar investorların işini asanlaşdırır. Əgər bu sürüyə əhəmiyyət verməsəniz, birjanı asanlıqla məğlub edə bilərsiniz”.

7. Benjamin Graham “Ağıllı investor”

“Tarix tez-tez göstərdi ki, dünənin uduzanları sabahın qalibləridir. İnsanda asan olanı çətinləşdirmək kimi pis vərdiş var. Ağıllı investor pessimistlərdən alıb optimistlərə satan realistdir. Keçmişin bizə öyrədə biləcəyi yeganə təkzibedilməz həqiqət odur ki, gələcək bizi həmişə təəccübləndirəcək".

8. Peter Lynch “Birjada tək başına”

“Siz siz olun birjanın qumar olduğunu söyləyənlərə qulaq asmayın. Birja elə bir yerdir ki, yalnız ağlını tam şəkildə bu işə həsr edə bilənlər uğur qazana bilər. Səhmi aldıqda pul qazanırsınız, satdığınız zaman deyil. Səhmlərin məqbul bir investisiya hesab edildiyi dövrlər çox vaxt fond bazarının ən riskli olduğu dövrlərdir”.

9. Antony M. Gallea və William Patalon “Karışıt yatırım” “Çətin zamanlarda investisiya strategiyaları”

“Yalnız bir axmaq ən yüksək qiymətdən satmaq üçün çabalayar. Stop loss əla sığorta siyasətidir. Uğurun sirri məqsəddə qərarlılıqdır. Bu dünyada etdiyim ən asan şey pul qazanmaqdır. Əslində onu itirmək də bir o qədər asandır. Tam olmasada, hardasa yaxındır”.

10. Michael W. Covel “Trend izləyicisi”

“Bəxt cəsurlara üstünlük verir. Səhv etməklə insan bütün reallığı kəşf edir. Kiçik işlərlə məşğul olanda böyük şeylər düşünməlisən, o zaman bütün xırda işlər düzgün istiqamətə gedəcək. Ağıl qeyri-müəyyənlik vəziyyətindədirsə, ən kiçik bir impuls onu hər iki tərəfə apara bilər”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Şirkətlər niyə təcrübəli marketoloqlar axtarır?

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Üç ayda yarım milyardlıq nəqliyyat vasitələri və onların hissələrini almışıq – Nə qədər azalıb?

Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı

Rusiyanın dərman şirkəti Azərbaycandan gedir

Kiçikdən başlamağın faydaları

Qeydiyyat üçün son gün - 82 min nəfər tələbə olmaq istəyir

Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Avro və lirə bahalaşdı - Məzənnə

“Telegram”da fişinq mənbələrinin sayı artıb

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nədir?

Parklardakı attraksionlar nə dərəcədə təhlükəsizdir? - VİDEO

İdeal ailə səyahəti üçün ən uyğun avtomobil bəlli oldu

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin