Milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin azaldılmasına ehtiyac yoxdur – ABA
“Nəzərə alaq ki, pandemiyaya görə tətbiq olunan məhdudiyyətlər, ötən il Vətən müharibəsi ilə bağlı xərclərin çəkilməsi iqtisadiyyata təsirsiz ötüşmür”.
Valyuta.az Report.az-a istinadən xəbər very ki, bunu əmanətlərin sığortalanması üzrə yeniliklərdən danışan Azərbaycan Banklar Assosiasiyasının hüquq məsələlər üzrə ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev deyib.
Onun sözlərinə görə, hazırda dövlət mövcud sosial təminat siyasətini də gücləndirir:
“Bu isə növbəti xərclər deməkdir. Odur ki, hazırda pandemiya dövründə milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin azaldılmasına ehtiyac yoxdur. Gələcəkdə ayrı-ayrı iqtisadi sektorlar, xüsusilə də milli valyutanın mövgeyi bir az da güclənəndən sonra düşünürəm ki, bununla bağlı fərqli qərarlar verilə bilər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay