İqtisadiyyat
31.03.2021 / 13:40
Azərbaycan iqtisadiyyatının artımı gözlənilir – DÜNYA BANKI
9987
2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 2,8 faiz səviyyəsində proqnozlaşdırılır.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə Dünya Bankının "Avropa və Mərkəzi Asiya iqtisadiyyatının icmalı" hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, ötən il ölkə iqtisadiyyatı 4,3 faiz azalma nümayiş etdirmişdi.
Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun 2022-ci ildə 3,9 faiz, 2023-cü ildə 3,4 faiz artacağını proqnozlaşdırır.
Eyni zamanda Dünya Bankının hesabatına əsasən, Azərbaycanda 2021-ci ildə inflyasiya 3,9 faiz səviyyəsində proqnozlaşdırılır.
Proqnoza əsasən, Azərbaycanda inflyasiya 2022-ci ildə 3,2 faiz, 2023-cü ildə 3 faizədək azalacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay