BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
45209

2023-cü ilin noyabr ayında Mərkəzi Bank uçot dərəcəsini 9%-dan 8.5%-ə, bu il yanvarın 31-də isə 8%-dən 7.75%-ə endirmişdi. Martın 28-də isə 7,75%-dən 7,5%-ə endirilməsi qərarı verildi. Yəni son qərarlarda biz uçot dərəcəsində enməni müşahidə edirik.

Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində fiziki və hüquqi şəxsləri kreditlə təmin edir.

Yəni, uçot dərəcəsinin azalması o deməkdir ki, Mərkəzi Bank ölkə banklarına verdiyi kredit faiz dərəcəsini aşağı salır. Məntiqi yanaşma odur ki, bu, bizim də banklardan aldığımız kreditin faizində özünü göstərməlidir. Dünya təcrübəsində belədir, bəs hazırda Azərbaycanda vəziyyət necədir? Uçot dərəcəsinin endirilməsi və ya artırılması yerli banklarda necə hiss olunur? Ümumiyyətlə, uçot dərəcəsi 7,5 faiz olan ölkədə kredit faizləri neçə faiz olmaldır?

 

“Banklar monopoliyada olduğu üçün kredit faizləri yüksəkdir”

 

Maliyyə bazarları üzrə ekspert Azər Balamedov Valyuta.az-a açıqlamasında bildirdi ki, əslində, uçot dərəcəsi enidirilən zaman kommersiya bankları da kredit faizlərini endirməlidir:

“Çünki, kommersiya bankları resurslarını Mərkəzi Bankdan alır. Buna görə də Mərkəzi Bank uçot dərəcəsini aşağı salan zaman banklarda da faizlərin enməsini görməliyik. Bu, qlobal maliyyə bazarlarında olan tendensiyadır. Ölkədə bankların monopoliyada olduğu, real iqtisadiyyat çox da inkişaf etmədiyi üçün banklarda kredit faizləri yüksəkdir. 7,5 faiz uçot dərəcəsi ilə alınan vəsaiti kommersiya bankları müştərilərə 15 faizdən baha təklif etməməlidir. Amma rəqabət çox olsaydı, bu faiz dərəcələri 10-11-ə qədər düşə bilərdi. Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrin uçot faiz dərəcələri inkişaf etmiş ölkələrə nisbətən daha yuxarı olur. Bu kimi ölkələrin uçot faiz dərəcəsi ən az iki dəfə daha artıq olur”.

 

“Uçot dərəcəsinin dəyişməsi kredit faizlərinə təsir göstərmir”

 

İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda Mərkəzi Bankın bankların aktivlərinin formalaşmasında iştirakı zəif olduğu, yəni bu istiqamətdə daha az kreditlər verdiyi üçün faktiki olaraq uçot dərəcəsinin dəyişməsi kredit faizlərinə təsir göstərmir: “Biz uçot dərəcəsinin 3 faizə qədər düşdüyü və 15 faizə qalxdığı zamanların da şahidi olmuşuq. Amma bu proses özlüyündə kredit faizlərinə ciddi şəkildə təsir etmir. Mərkəzi Bank uçot dərəcəsi alətini kredit faizlərinə təsir aləti olaraq istifadə etməkdə çətinlik çəkir”.

Ekspert deyir ki, son iki ildə bu istiqamətdə aparılan islahatlar banklar arası bazarda faizlərə təsir göstərir:

“Yəni, banklar arasında pulların alınıb satılmasında, kreditlərin verilməsində Mərkəzi Bankın uçot dərəcəsinin təsiri var. Bu da likvidliyin paylanmasına şərait yaradır, banklar arası bazarın inkişafı bu və digər şəkildə izafi likvidliyin likvidlik çətinliyi olan banklara ötürülməsi ilə nəticələnir. Kommersiya banklarının fərqli kredit strategiyası həyata keçirdiyini nəzərə alsaq, həmin vəsaitlərin bazara ötürülməsi üçün daha əlverişli imkan yaranır. Son il yarımlıq dövr ərzində davamlı olaraq kredit portfeli genişlənir və bankların izafi likvidliyində azalma müşahidə olunur. Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması da banklar arası bazarda faiz dərəcəsinin qismən aşağı düşməsinə gətirib çıxaracaq”.

R.Həsənovun sözlərinə görə, kredit faiz dərəcələri hər bir ölkənin iqtisadiyyatının strukturundan və bazarda tələbdən asılı olaraq dəyişə bilir: “Uçot dərəcəsi, inflyasiya və bankın mənfəət norması kredit faizlərinə təsir edən məqamlardır. Bankın mənfəət norması da müxtəlif ölkələrdə təxminən 3-5 faiz arasında dəyişir. Buna görə də, inflyasiya göstəricilərindən asılı olaraq kredit faizləri 30 faiz də olar bilər, 12-13 faiz də ola bilər. Yaxud kredit tələbi məsələsi önəmlidir. Hətta bəzən banklar bazarda tələbin aşağı olmasından dolayı uçot dərəcəsinə çox yaxın şərtlərlə vəsait təklif etmək məcburiyyətində qalır. Məsələn, Türkiyədə bəzi bankların təklif etdiyi mövcud faizlər bu gün onlarda mövcud olan uçot dərəcəsindən aşağıdır. Bu, şərtlərdən və şəraitdən asılı olaraq dəyişən məqamdır”.

 

“Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq”

 

Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın uçot dərəcəsini azaltması ilə bağlı qərarını şərh edərkən bildirib ki, hələ ki, uçot dərəcəsinin enməsinin kredit faizlərinə ciddi təsiri yoxdur:

“Etiraf etmək lazımdır ki, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Amma adətən digər ölkələrdə Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankının son dövrlər uçot faiz dərəcəsinin azaltmasına rəğmən əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır”.

“Əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir. Depozit faizlərindəki artımlara “Blumberq” platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir. Bütün hallarda isə, Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq” – deyə, V.Bayramov əlavə edib.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin