İqtisadiyyat
13.04.2024 / 17:36
Azərbaycan Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfədən çox artırıb
46141
2023-cü ildə Azərbaycan Böyük Britaniyanın iqtisadiyyatına 156,8 milyon ABŞ dolları investisiya yatırıb.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Bu, 2022-ci illə müqayisədə 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 5,9 %-dən 5 %-ə düşüb.
Ötən il Böyük Britaniya isə Azərbaycan iqtisadiyyatına 1 milyard 857,1 milyon ABŞ dolları investisiya yatırıb.. Bu isə əvvəlki ilə nisbətən 5,5 % çoxdur.
İl ərzində Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 28%-dən 27,9 %-ə düşüb.
©Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay