İqtisadiyyat
18.07.2024 / 15:55
Azərbaycanda qəbul edilən yeni dövlət standartların sayı 2 dəfə artıb
52007
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu 69 yeni dövlət standartı qəbul edib.
Valyuta.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sölərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
“Yeni standartların qəbulu mal və xidmətlər üzrə təhlükəsizlik və etibarlılığı təmin etməklə keyfiyyət göstəricilərinin artmasına, sahibkarlığın stimullaşdırılmasına və istehlakçı inamının qazanılmasına xidmət edir”, - M.Abbasbəyli əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay