MTK-dan daxili kreditlə mənzil alanlar ƏDV məbləğini tam və ya hissə-hissə ödəyə bilər - Ekspert
Aldığı mənzilə görə daxili kreditlə MTK-ya aylıq ödəniş edən, lakin ƏDV məbləğini depozit hesabına ödəməyən şəxslər də ƏDV-nin 30 faizini geri ala bilər.
Valyuta.az bu barədə vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir:
“Əgər 2022-ci ilin may ayından etibarən MTK-dan daxili kredit qaydası ilə mənzil almısınızsa və mənzilin əsas dəyərini bank hesabına ödəyib ƏDV məbləğini depozit hesabına ödəməməsinizsə, bu zaman mənzilin ƏDV məbləğini hesablayıb tam və ya hissə-hissə MTK-nın depozit hesabına ödəyə bilərsiniz.
Çünki, qanunvericiliyin tələblərinə əsasən mənzilin əsas dəyəri bank hesabına, ƏDV məbləği isə depozit hesabına ödənildiyi halda, ƏDV məbləğinin 30 faizini geri ala bilərsiniz. Gördüyümüz kimi, qanunvercilikdə ƏDV məbləğinin əsas dəyərdən tez və ya gec ödənilməsi ilə bağlı hər hansı bir qeyd mövcud deyil. Əsas odur ki, mənzilin əsas dəyəri bank hesabına, ƏDV məbləği isə depozit hesabına ödənilsin. Bu, o deməkdir ki, ƏDV məbləğini əsas dəyərdən gec ödəsəniz belə ödədiyiniz ƏDV məbləğinin 30 faizini geri ala bilərsiniz”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay