Dünya Bankı Azərbaycanın “yaşıl enerji”yə keçidinə dəstək verəcək
Dünya Bankı (WB) Azərbaycanın “yaşıl enerji” keçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır.
Valyuta.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“ABŞ-da Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşdə COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyinin sürətləndirilməsini razılaşdırdıq. DB Azərbaycanın “yaşıl enerji” keçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır”, - deyə nazir bildirib.
ABŞ-da Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşdə #COP29-a töhfə olaraq şəbəkənin gücləndirilməsi layihəsinə maliyyə dəstəyinin sürətləndirilməsini razılaşdırdıq. DB Azərbaycanın #YaşılEnerjiKeçidi üzrə nailiyyətlərinin artırılmasına dəstək verməyə hazırdır. pic.twitter.com/jnh2GvX5up
— Parviz Shahbazov (@ParvizShahbazov) February 20, 2024
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay