BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
35257

Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı ilə müəyyən edilmiş və 2023-cü il iyunun 1-nə qədər tikilmiş qeyri-yaşayış sahələrinin sahiblərinə mülkiyyət sənədlərinin təqdim edilməsi qaydaları açıqlanıb.

Bu barədə Valyuta.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Fərmana əsasən, sözügedən binaların sahibləri 2025-ci il yanvarın 1-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarına müraciət edə bilərlər. Müraciət 1 iş günündə Dövlət Xidmətinə göndərilir və 15 iş günü ərzində yer quruluşu planı tərtib edilir. Tikinti və onun yerləşdiyi torpaq sahəsinin planı elektron qaydada FHN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin qeyri-yaşayış binasının sahibinə göndərilir. Əmlak sahibi isə tikinti layihəsinin memarlıq planlaşdırma bölməsini, qeyri-yaşayış binasının yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadrat metrdən çox olduqda isə mühəndis-axtarış işlərinə dair hesabatları və layihənin konstruksiya bölməsini FHN-ə təqdim etməlidir.

FHN 15 iş günü müddətində qeyri-yaşayış binasının istismara yararlılığını müayinə edərək rəy verir. Rəy və yerquruluşu planı elektron qaydada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Komitənin tabeliyindəki Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərilir. Sənədlər üç iş günü müddətində təhlil edilir. Komitə və ya müvafiq yerli icra hakimiyyəti orqanı 5 iş günü müddətində qeyri-yaşayış binasının istismarına icazə verir və bu barədə məlumatı Tikintilərin Dövlət Reyestrinə göndərir. İcazə sənədi üç iş günü ərzində Dövlət Xidmətinə göndərilir, qeyri-yaşayış binasına mülkiyyət hüququ dövlət qeydiyyatına alınır və çıxarış verilir.

Sözügedən qaydalarla isə aşağıdakı videoda tanış olmaq mümkündür:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin