BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
34995

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ildə Azərbaycanda dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 15.5% və ya 1 milyard 152 milyon 529 min 700 manat azaldılacaq və 6 309 440 300 manat təşkil edəcək. 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri 7 461 970 000 manat proqnozlaşdırılıb.

Tikinti xərclərinin azaldılması nə ilə bağlıdır?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli ötən illə müqayisədə azalmalara baxmayaraq, bu rəqəmlərin kifayət qədər böyük oldğunu bildirib:

Tikinti işlərinin plan əsasında həyata keçirildiyini deyən müsahibimiz qeyd edib ki, əvvəlki illərdə infrastruktur layihələrinə daha çox vəsait xərclənirdi:

“Əsasən də dəmir və avtomobil yolları xətlərinə xeyli miqdarda vəsaitlər sərf olundu. Bunlar da ətraflı və planlaşdırılmış şəkildə həyata keçirildi”.

Növbəti ilin layihəsində bu planlaşdırmanın və yeni istiqamətlərin olmadığını söyləyən ekspertin sözlərinə görə, dövlətin planlarına uyğun olaraq tikinti ardıcıllığı mövcuddur:

“Hökumət buna uyğun olaraq, investisiya layihələri həyata keçirir. Bu tip büdcə xərcləri əhəmiyyətinə görə sosial xərclərdən sonra gəlir. Bir də büdcənin müdafiə olunan xərcləri var ki, bunlar da əmək haqları, sosial müavinətlər, səhiyyə təhsil və digərləridir. Hökumət də bu istiqamətləri mühüm hesab etdiyi üçün heç vaxt azaltmır. Ancaq infrastruktur və investisiya tipli xərcləri isə sonradan konservativ şəkildə planlaşdıra və artıra bilir.

Biz bu planın cari ilin iyun ayında effektiv şəkildə görə bildik. Belə ki, ilin əvvəlində büdcə xərcləri 33 milyard manat planlaşdırılsa da, büdcə gəlirləri artdı, icra vəziyyəti yaxşılaşdı və 3 milyard manat əlavə olundu. Bu da müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına, təhlükəsizlik məsələlərinə, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun bərpasına ayrıldı”.

Müsahibimizin bildirdiyinə görə, 2026-2027-ci illərə qədər 140 min məcburi köçkünün mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə köçürülməsi məsələsi də gündəmdədir:

“Laçında hökumət vətəndaşları mövcud evlərə yerləşdirməyə başladı. Bəzi yerlərdə isə yaşayış infrastrukturu tamamilə dağıdılıb, ancaq ermənilərin kompakt yaşadığı yerlərdə boşalmış mənzillər hazır vəziyyətdədir. Bir sözlə, ermənilər Şuşada, Xocalıda, Xankəndində işğal dönəmində kompakt şəkildə yaşayıblar və infrastruktur olduğu kimi qalıb”.

X.Kərimli onu da vurğulayıb ki, bu tip xərclər büdcədə lazım olan xərclər kimi götürülmür və Dövlət Neft Fondunun ayırmaları əsasında bu xərclər nəzərə alınır:

“Ehtiyatlarımız olsa da, belə xərclər planlaşdırılmış işlərə uyğun şəkildə ardıcıllıqla gedir. Ancaq bu o demək deyil ki, daha çox pul xərclənməlidir və daha çox iş görülməlidir. Bir neçə il əvvəl dağları dəldilər və Kəlbəcər istiqamətində tunel tikdilər. Bundan başqa, Qarabağda üç hava limanının inşası həyata keçirildi və hazırda bu istiqamətlərdə böyük xərclər hesabına işlər davam etdirilir. Ancaq bu işlər yekunlaşdığına görə, növbəti mərhələlərdə dah az vəsait lazım olacaq”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin