BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
34971

"Bir bankın bağlanması daşınmaz əmlak bazarında ciddi qiymət artımına səbəb olmur".

Bunu Valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bağlanan bankların ölkənin daşınmaz əmlak bazarına təsirləri haqqında danışarkən deyib. 

Elnur Fərzəliyev deyib ki, ölkədə bir bankın bağlanması ilk dəfə deyil, dəfələrlə müxtəlif bankların lisenziyası ləğv olunub və bağlanıb:

"Azərbaycanla digər ölkələri müqayisə etsək, banklara ən etibarsız yanaşan ölkəyik. Bu baxımdan daşınmaz əmlak bazarı nəinki bank sektoru, hətta digər sahələr içində ən etibarlısıdır. Bunun da bir çox səbəbləri var. Çünki daşınmaz əmlak bazarında cüzi olsa da, hər ay artımlar baş verir. Bir əmlak alan şəxs onu yaşamaq üçün deyil, kapital üçün alırsa, kirayə verir və gəlir götürür. Həmin əmlakı bir müddət sonra satanda yenə qazancla çıxır".

Ekspertin sözlərinə görə, Azərbaycanda alıcılar müxtəlif kateqoriyalara bölünür:

"İlk mənzilini alanlar daha çox mənzil kreditinə müraciət edənlərdir. Əvvəlki illərdə nağd alıcılar daha çox idi, indi isə kreditlə mənzil alanların sayı çoxalıb. 2022-ci ildə çıxarışla satılan mənzillərin təxminən 60-65 faizi kreditli vasitələrlə - ipoteka, bank daxili və yaxud digər kredit növləri ilə satılıb. 

Bəzi şəxslər bu evləri yatırım üçün alırlar. Onlar əlavə kapitallarını daşınmaz əmlaka yatırırlar. Təxminən 20 ilin statistikasına baxsaq, 2003-2023-cü illərdə bəzi ərazilərdə evlərin qiyməti 10, 15, 20 dəfəyə qədər artıb. Məsələn, təxminən 2033-cü ildə Elmlər Akademiyası metrosunun qarşısında bir otaqlı "Xuruşovka" layihəli mənzilin qiyməti 4000-5000 manat arasında dəyişirdi. Hazırda həmin ərazidə bir otaqlı "Xuruşovka" orta hesabla 100 min manatdır. Qiymətlərdə illər ərzində bu qədər artım baş verib. 

Ancaq 20 il ərzində heç bir bank vətəndaşa bu qədər gəlir gətirə bilməzdi. Hətta həmin mənzili aldığın gündən 300-400 manata kirayə verirsənsə, daha çox qazanmış olursan".

Həmsöhbətimizin fikrincə, bu bazarda qiymətlərin artmasının səbəblərdən biri etibarlı sahə kimi marağın çox olmasıdır:

"Təəssüflər olsun ki, Azərbaycanda əmlak sektoru Bakı, Sumqayıt, Xırdalan, Gəncə və digər böyük şəhərlərdə inkişaf edib. Bölgələrdə isə vəziyyət ürəkaçan deyil. Bəzi ucqar kəndlər var ki, vətəndaşlar öz evlərini yüksək qiymətə sata bilmirlər. Bakı həm də regionda ən böyük şəhərlərdən biri olduğuna görə bura axın çoxdur. Bağlanan banklardan pulunu çıxaran vətəndaş vəsaitini başqa banka yox, daşınmaz əmlaka yatırır. Ona görə də bazarda alıcı kütləsi artır. Bir bankın bağlanması ölkədə ciddi qiymət artımına gətirib çıxartmır. Alıcıların sayını arıtırır. Bəzi ekonom mənzillərdə isə qısa vaxta tələb artanda qiymətlərə cüzi təsir edə bilir. Amma kütləvi hal almır. Qiymətlər hazırda həddindən çox artıb, ona görə də nağd qiymətə mənzil almaq hər kəs üçün əlçatan deyil".

Qeyd edək ki, ötən gün mərkəzi bank “Muğan Bank”ın lisenziyasını ləğv edib. Bundan əvvəl isə ölkədə daha bir bank - “Günay Bank”ın lisenziyası ləğv olunmuşdu.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin