BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
13398

Bu il pandemiya səbəbindən xaricə istirahətə gedən Azərbaycan vətəndaşlarının sayında xeyli azalma var və bu səbəbdən də insalar istirahət üçün regionlara üz tuturlar. Bu isə rayonlarda istirahət üçün nəzərədə tutulan kirayə evlərin qiymətində artıma səbəb olur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov bildirib ki, hələki pandemiya səbəbindən dünyada məhdudiyyətlər davam edir və Azərbaycan da istisna deyil:

"Hələ də bəzi ölkələr sərhədləri tam bağlı saxlayıb, bəzi ölkələrdə yumşalmalar var, amma ümumi turist axınıda məhdudiyyətlər davam edir. 2019-cu ildə Azərbaycan əhalisinin yarıdan çoxu, yəni təqribən 5 milyon nəfərdən çox vətəndaş xaricə səfər etmişdi. Məlumdur ki, hazırda sərhədlər bağlıdır və ya məhdudiyyətlər qoyulub. Bu baxımdan gözlənilən odur ki, insanlarımız istirahət üçün daha çox regionlara səfər edəcək.

Baxmayaraq ki, müəyyən Azərbaycan vətəndaşları yenə də xaricə üz tuturlar, amma buara kəskin azalma olacaq, yəni əvvəlki illərdə olduğu kimi beş milyondan çox insan xaricə səfər etməyəcək. İnsanların böyük əksəriyyəti bu yay öz istirahətini regionlarda keçirəcəklər. Bu da o deməkdir ki, regionlarda istirahədə tələb xeyli artacaq. Tələb artanda isə iqtisadi qanunlara uyğun olaraq qiymətlərdə də artım müşahidə olunacaq.

Bununla yanaşı regionlarda turistlərə təklif edilən evlərin sayı da artır. Çünki qiymətlərin artması regionda insanları təşviq edir ki, qısa zamanda öz evlərini müəyyən standartlara salaraq yerli turistlərə təklif etsinlər. Hazırda həftə sonları doluluqla keçir. Rayonlar arası ictimai nəqliyyatın bərpası da müəyyən qədər reyonlara gedənlərin sayında artıma artıma səbəb olub. Gözlənilən odur ki, məktəblərdə dərslərin başa çatmasından, yəni iyun ayının ortasından sonra da regionlara gedənlərin sayında artım daha çox hiss olunacaq. Qiymətlərdə bazara uyğun formalaşır və ehtimal edilir ki, qiymətlər xüsusilə həftə sonu artacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun xaricə satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin