BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
44420

“Nar” 2023-cü ilin nəticələrinə dair keçirdiyi mətbuat konfransında sərfəli qiymət siyasəti üzrə liderliyini, müştəri məmnuniyyəti ilə bağlı uğurlu göstəricilərini, əhatə dairəsinin genişləndirilməsi və mühüm sosial yönümlü layihələri barədə geniş məlumat verib.  

Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında “Nar” yüksək nəticə göstərərək 2023-cü ildə ölkə üzrə lider olub. Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə görə, əsas razılıq bildirilən indikatorlar sərfəli qiymət, üstün müştəri təcrübəsi və internet paketləridir. 

“Nar”ın baş icraçı direktoru Qunnar Panke ötən ilin uğurlu nəticələri barədə danışaraq bildirib: “Ardıcıl 5-ci ildir, sərfəli qiymət və müştəri məmnuniyyəti üzrə lider mövqeyimizi qorumağa nail olmuşuq. 2024-cü ildə də müştəriyönümlülük və sərfəli qiymət strategiyamıza sadiq qalmağı hədəfləyirik,  çünki “Nar” sənə ən yaxın mobil operatordur”. 

Konfrans zamanı müştərilər üçün xərclərin şəffaflığını və müxtəlif xidmət əməliyyatlarını asanlaşdıran “Nar+” tətbiqinin yenilənmiş versiyası da təqdim edilib. Yenilənən tətbiqin interfeysində ən çox istifadə olunan funksiyalar önə çıxarılmaqla yanaşı, balans artımı, internet paketin yenilənməsi, tarif dəyişikliyi və digər əməliyyatları bir kliklə həyata keçirmək imkanı da verilir. 

Sərfəli xidmətləri ilə yanaşı, yüksək müştəri məmnuniyyətini də xüsusi diqqətdə saxlayan “Nar”ın xidmət mərkəzlərinə 2023-cü ildə müraciət edənlərin 98.6%-i göstərilən xidmətlərdən razılıqlarını bildiriblər. 2022-ci illə müqayisədə artan bu göstəricinin əldə olunmasında əsas faktor yeni konseptli mağazalara keçidin davam etdirilməsidir. Operator ötən il yenilənmiş 25 mağazasını təqdim edib. 

“Nar”ın əsaslandığı müştəriyönümlülük strategiyası 2023-cü ildə beynəlxalq səviyyədə tanınaraq ISO 9001:2015 Keyfiyyətin İdarə olunması və ISO 10002:2018 Müştəri Məmnuniyyətinin İdarə olunması üzrə beynəlxalq sertifikatlarına layiq görülüb. 

“Nar” Laçın şəhərində satış və xidmət mərkəzini təqdim edən ilk operator olub.  Abunəçilərinə daha yaxın olmaq məqsədilə, “Nar” qısa zamanda Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam şəhərlərinin öz əhatə dairəsinə daxil edilməsinə nail olub. 

“Nar” 2023-cü ildə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 30 sosial təşəbbüsün gerçəkləşdirilməsinə dəstək olub. Operator ötən il həyata keçirdiyi layihələrə 2.4 milyon manatdan çox vəsait ayırıb. “Nar”ın davamlı olaraq həyata keçirdiyi “Jest dili.az” sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Korporativ məsuliyyət” istiqamətində ən uğurlu layihə olaraq “Qızıl Dünya Mükafatı”na layiq görülüb. 

“Nar” 2024-cü ildə də ən sərfəli operator mövqeyini saxlamaqla, müştəriyönümlü strategiyasını davam etdirməyi, yeni konsepsiyalı daha 18 mağazasını müştərilərin xidmətinə təqdim etməyi, azad edilmiş ərazilərdəki əhatə dairəsini genişləndirməyi və həyata keçirilən sosial layihələrə investisiya yatırımlarını davam etdirməyi planlaşdırır.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin