BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
7409

Bir müddət öncə Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha bir il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
 
Xatırladaq ki, ölkəmizdə ƏDV standart olaraq 18% və 0% dərəcə ilə tətbiq olunur. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, ƏDV-nin vahid dərəcə ilə tətbiq edilməsi səmərəli deyil. Buna görə də həmin ölkələrdə ƏDV müxtəlif dərəcələrlə tətbiq olunur ki, bu da sahibkarlar, istehlakçılar üçün əlverişli imkanlar yaradır. Məsələn, Norveç ƏDV dərəcəsinin ən yüksək olduğu ölkədir. Bununla belə Norveçdə bəzi sahələrə ƏDV tətbiq edilən zaman 14 və 8 faizlik dərəcələrdən istifadə olunur. MDB ölkələrindən isə Moldovanı misal göstərmək olar ki, burada ƏDV-nin standart dərəcəsi 20%-dir. Amma Moldovada azaldılmış 8 və 5 dərəcələri də tətbiq olunur.
 
Dünya təcrübəsində bəzi ərzaq mallarına,  kitab, dərman və başqa gündəlik təlabat mallarına ƏDV tətbiq olunarkən güzəştlər nəzərdə tutulur. Məsələn, Fransada ərzaq mallarına 5,5 % , İsveçrədə 2 %,  Sloveniyada 8,5 %, Almaniyada 7 %-lik güzəştli dərəcə tətbiq olunur. Böyük Britaniyada isə ərzaq ƏDV-dən tam azaddır. Azərbaycanda isə adıçəkilən məhsulların dövriyyəsi standart dərəcə ilə vergiyə cəlb edilir.

Məsələ ilə bağlı Sfera.az saytına danışan iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycanda ƏDV-nin toplanması və hesablanması sistemi düzgün qurulmayıb. Onun fikrincə ƏDV məsələsinə həssaslıqla yanaşmaq lazımdır və vergi dərəcəsi diferensiallaşdırılmalıdır: "Vergi və gömrük rüsumları bu işin fəlsəfəsinə uyğun deyil. Bir neçə məhsul növü istisna olmaqla digərlərinin idxalına münasibətdə dərəcələrdə fərqləndirmə yoxdur. Yerli istehsalı olmayan məhsulların idxalı zamanı yüksək gömrük rüsumu və ƏDV alınır. Bu yanaşma sosial sahələrə aid olan məhsulların idxalında da tətbiq edilir.

Gömrük rüsumlarında sıfırdan 15-ə qədər cədvəl mövcuddur. Bu cədvələ görə gömrük rüsumları fərdi qaydada təyin edilir. Elə sosial sahələr var ki, onlara aid olan məhsullar ölkəmizdə istehsal edilmir. Məsələn, uşaq yeməkləri, uşaq bezləri, uşaq paltarları, dərmanlar, sağlamlıq qabiliyyətini itirən şəxslərə lazım olan avadanlıqlar, onlara da eyni dərəcə tətbiq olunur. Halbuki, bəzi ölkələrdə uşaq paltarları, ölkədə istehsal edilməyən gündəlik istehlak malları, dərmanlar gömrük rüsum və ƏDV-dən ya azaddır və ya dərəcələr çox aşağıdır”.

N.Cəfərli düşünür ki, bu məsələnin köklü həlli üçün yeni yanaşmaya, yeni vergi və gömrük məcəlləsinə ehtiyac var: "ƏDV dərəcələrinin müəyyənləşdirilməsinə yumşaq yanaşma tətbiq edilməlidir. Dərəcələr ölkəmizdə məhsulun istehsal edilib-edilməməsinə, kündəlik istehlak malı olub-olmamasına, istehsal məqsədilə idxal edilib-edilməməsinə görə fərqləndirilməlidir. Bu cür yanaşma olarsa, sahibkarlara böyük köməyi olar və qiymətlərin də müəyyən qədər enməsinə səbəb olar.
 
ƏDV vergi növü olmasına baxmayaraq Gömrük Komitəsi tərəfindən toplanır və Komitənin topladığı vəsaitin böyük hissəsini təşkil edir. ƏDV-nin toplanması gömrükdən alınaraq vergi xidmətinə verilməlidir. Gömrük Komitəsi tez-tez açıqlama verir ki, yığımları artırıb. Amma rüsum və ƏDV-nin sonuncu ödəyicisi vətəndaş olduğu üçün o təşəkkür istehlakçıya düşür. Bunun gömrüyün iş fəaliyyəti ilə əlaqəsi yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin