25.09.2023 / 19:36
“Veysəloğlu” 1500 manat cərimələnə bilər
33285
“Veysəloğlu” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Mətanət Hacıyevanın icraatına verilib.
485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat məbləğində, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
“Veysəloğlu” şirkəti Azərbaycan qida məhsullarının distribusiyası və pərakəndə satışı ilə məşğuldur. “Araz” supermarketlər şəbəkəsi bu şirkətə məxsudur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay