
Energetika
25.01.2022 / 10:48
Azərbaycan nefti ucuzlaşdı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Valyuta.az xəbər verir ki, "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 2,31 ABŞ dolları, yaxud 2,5 % azalaraq 89,10 ABŞ dollarına çatıb.
Həftə sonu “Brent” markalı neftin bir bareli 91,41 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay