BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
16375

“Cənubi Qafqaz Boru Kəməri şirkətinin 6 illik uğurlu kommersiya operatorluğundan sonra SOCAR kəmərin texniki operatorluğunu öz üzərinə götürür. Bu, SOCAR-ın beynəlxalq qaz kəmərinin idarə edilməsi istiqamətində əldə etdiyi daha bir böyük nailiyyətdir”.

Valyuta.az xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev, ARDNŞ-nin bp-dən Cənubi Qafqaz Boru Kəmərinin operatorluğunu alması ilə bağlı məsələyə toxunarkən bildirib. 

SOCAR prezidenti, kəmərin Cənub Qaz Dəhlizinin vacib bölmələrindən biri olduğunu qeyd edib:

“Azərbaycan qaz ixracını artırmaqla bərabər, qardaş Türkiyə və Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi, təchizatın şaxələndirilməsi və karbon oksidi tullantılarının azaldılmasına da xidmət edir. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində SOCAR ilə bərabər iştirak edən bp şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür etmək istəyirik”.

Qeyd edək ki, CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün 2006-cı ilin sonlarında inşa edilib. Kəmər Səngəçal Terminalından başlayır, Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə paralel eyni marşrutda davam edərək, Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulur. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi və Cənub Qaz Dəhlizinin açılması ilə bağlı olub. 

Layihəyə 2013-cü ildə start verilib və 2018-ci ilin iyun ayında istismara verildikdən sonra Türkiyəyə, 2020-ci ilin dekabr ayında isə Avropaya qaz nəql etməyə başlayıb. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bp (28,8%), TPAO (19%), AzSCP (10%), SGC Midstream (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%) və NİKO (10%) şirkətləridir.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun xaricə satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin