27.07.2021 / 10:16
Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı artıb
16065
Bu ilin I yarısında Gürcüstan Azərbaycandan 505 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,4% çoxdur.
Yanvar-iyunda qonşu ölkə ümumilikdə 1706,1 milyon kilovatt/saat elektrik enerjisi tədarük edib ki, bunun da 29,6 %-i Azərbaycanın payına düşüb.
Hesabat dövründə Gürcüstanın əsas elektrik enerjisi təminatçısı 1039,9 milyon kilovatt/saatla Rusiya olub.
İlin ilk yarısında Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 48,2 milyon kilovatt/saat elektrik enerjisi tranzit olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay