BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
14671

“Cümə günü Brent yenidən $76-ı aşa bildi... Yanvarın 1-dən qiymətlər artıq 49% artım nümayiş etdirib. Amma Neft Fondumuza mənfəət neftindən daxil olmalar artım əvəzinə azalma nümayiş etdirir”.

Valyuta.az xəbər verir ki, bu barədə neft sahəsi üzrə iqtisadçı ekpert bu barədə açıqlama verib.

Ekspertin sözlərinə görə, azalma bir sıra faktorlardan qaynaqlanır. 

Bir neçə faktoru diqqətə çatdıran İ.Şaban bildirib ki, Azərbaycan 2020-ci ilin mayında OPEC+ çərçivəsində müstəqillik tarixində ilk dəfə administrativ yolla hasilatı azaltmağa başladı: 

“2021-ci ilin yanvarından onun hasilat kvotası artırılmağa başladı. 2021-ci ilin mayın yekunlarında məlum oldu ki, OPEC+ çərçivəsində 603 min barel gündəlik neft hasilatı kvotası verilsə də, reallıqda 586 min barel neft hasil edə bilib, yəni verilən imkandan  17 min barel az, öz də hər gün...”

Energetika nazirliyinin məlumatlarına istinad edən ekspertə görə, 2021-ci ilin 5 ayında neft və kondensat hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 918,7 min ton (təqribən 6,8 mln barel) az olub.

İqtisadçı ekspert, yanvar-may aylarında Azərbaycan neft ixracının 2020-ci ilin 5 ayı ilə müqayisədə 5,9 mln barel azaldığını da diqqətə çatdırıb.  

Onun sözlərinə görə, Neft Fonduna mənfəət gətirən əsas aktiv - "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə hasilat 1 mln ton azalaraq (SOCAR hasilatını 100 min tona qədər artıra bilib) 9,5 mln ton (70 mln barel və ya gündəlik 465,5 min barel) təşkil edib.

Ekspert vurğulayıb ki, Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirin PİK dövrü 2011-ci ilə təsadüf edib - $19 027,5 mln: 

“Bu göstərici 2019-cu ildə $7 971,3 mln-a qədər azalmış, 2020-ci ildə isə cəmi $3 523 mln təşkil edib. 2021-ci ilin ilk 5 aylnda isə AÇG layihəsindən Neft Fonduna daxilolmalar 1 850,2 mln olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə $255,8 mln və ya 12,1% az mənfəət deməkdir”.    

Bu il AÇG-dən qazancımız ötən ilki səviyyədən çox ola bilərmi? 

 

İlham Şaban düşünür ki, neftin 70-dən aşağı olmayan qiymətləri bazarda dominantlıq edərsə, əlbəttə mümkündür: 

“Ancaq tutaq ki, 4,3 mlrd dollar qazan. Gələn il hasilat artımı gözlənilmir və neft qiymətlərinin də bu ilkindən aşağı olması proqnoz edilir - onda yenə 4 mlrd-dan az bir mənfəət gözləmək olar. Yəni Azərbaycan həqiqətən 2020-dən gəlirlər baxımından POSTNEFT zamanındadır - qeyri-neft sektorunun mühərriki cəmiyyətə 5.7 kimi təqdim edilsə də onun praktiki dartı qüvvəsi və sürəti hələ ki, çox aşağıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ChatGPT "insanlıq testində" tələbələrlə “yarışdı” – Kim daha uğurlu oldu?

Qlobal iqtisadiyyat üçün əsas risklər açıqlandı

"Sahil-A" MTK məhkəmə qarşısında

Avstraliya şirkəti müştəriləri aldatdığına görə 66 milyon cərimə ödəyəcək

Nazirlik 636 min manatlıq banket xidməti alır

Latviya aviadaşıyıcısı hakimiyyətdən Rusiyadan mal almağı yasaqlamamağı xahiş etdi

Universitet 110 min manatlıq avtomobil alır

Universitet 110 min manatlıq avtomobil alır

"Apple" ilk "iPhone Slim"i buraxmağa hazırlaşır

"RİCH MOTORS" gömrük qaydalarını pozub

Türkiyənin ixracatı İsrailə sanksiyalara görə hədəfdən aşağı düşə bilər

Hərracların Təşkili Mərkəzi ilə keçmiş işçisi arasında qalmaqal

Ukraynada müəssisələr üçün valyuta məhdudiyyətləri dəyişdirildi

Logistika şirkətinə protokol tərtib edildi

Rusiyanın neft-qaz sənayesi kadr çatışmazlığı - 1,86 milyon işçi lazımdır

“Azəristiliktəchizat”ın maliyyə hesabatları yoxlanılacaq

Ən məşhur "Xiaomi" proqramlarından birində təhlükəli virus aşkarlandı

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

Avropa İttifaqı ölkələri LNG alışını kəskin azaldıb

COP29-la bağlı iki xəstəxana ayrılıb

Həyatımızın yeni trendi elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

20 mindən bahalı əmlak alanlardan bəyannamə tələbi niyə ləğv olundu? – Ekspert səbəbləri açıqlayır

Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub

Növbəti hərraclara 49 əmlak çıxarılıb

“Zirə Gülçülük” məhkəmə qarşısında

Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Rusiya neft məhsullarının xaricə tədarükü üzrə antirekord vurub

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin