BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
12426

Mayın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

Milli Məclisdən Valyuta.az-a verilən məlumata görə, komitənin sədri Sadiq Qurbanov bildirib ki, iclasın gündəliyinə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxildir.

Sadiq Qurbanov diqqətə çatdırıb ki, bərpa olunan enerji sektorunun, yaşıl iqtisadiyyatın inkişafı ölkəmizin rəhbərliyi tərəfindən müəyyən olunmuş əsas prioritetlərdəndir: 

“İşğaldan azad olunmuş ərazilərimizin “yaşıl zona” elan edilməsi qəbul olunacaq qanun layihəsinin əhəmiyyətini daha da artırır. 2030-cu ilə qədər ölkə üzrə ümumi elektrik enerjisi istehsalında yaşıl enerji payının 30%-ə çatdırılması nəzərdə tutulur. Müzakirəyə çıxarılan qanun layihəsi bu istiqamətdə ölkədə gedən islahatlar çərçivəsində əhəmiyyətli rol oynayacaq”.

İclasda çıxış edən energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb:

“Bu Milli Prioritet ölkəmizin bərpa olunan enerji sahəsinə və yaşıl iqtisadiyyata diqqətinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinin hazırlanması Prezident İlham Əliyevin 29 may 2019-ci il tarixli Sərəncamından irəli gəlir”. 

Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov məlumat verib ki, qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edəcək və bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

İclasın sonunda qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Brent" kiçik korreksiyadan sonra 74,94 dolları yenidən sınaqdan keçirə bilər

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Fitch Solutions: BP-nin AÇG-yə sərmayəsi Azərbaycanın neft ixracını artıracaq

Yeni manatın dizaynında sən də iştirak et - Mərkəzi Bankdan sorğu

Yeni manatın dizaynında sən də iştirak et - Mərkəzi Bankdan sorğu

Dünyanın ən böyük 20 bankı

Prezident Qarabağ Universitetinin açılışında (YENİLƏNİB)

AYNA Xocalı prospektində narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik edib

ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı 2 yeni hal

COP29-da bu iş yerləri bağlana bilər

"Əsrin Müqaviləsi"nin 30 ili tamam olur

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? (VİDEO)

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Çindən avtomobil gətirənlərə xəbərdarlıq (VİDEO)

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

Stresədavamlı işçi - "Bəzi iş yerlərində belə tələbin qoyulması qanunidir"

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin