BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
12299

Bu gün bir qrup vətəndaş SOCAR-ın inzibati binasının qarşısında toplaşaraq, işə bərpa olunmaq üçün müraciət ediblər. Onlar ixtisarların aparılmasından şikayətçi olduqlarını bildiriblər. 

Valyuta.az-ın Bakivaxti.az-a istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı açıqlama verən qurumun ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov, həmin vətəndaşların Zenit şirkətinin işçiləri olduğunu bildirib. 

Onun sözlərinə görə, həmin şirkət Muradxanlı, Cəfərli və Zərdab neft mədənlərinin ərazisində fəaliyyət göstərib, lakin öz öhdəliklərini yerinə yetirə bilmədiyinə görə ötən il Azərbaycanı tərk edib və mədənlər SOCAR-ın “Azneft” İB-nin sərəncamına qayıdıb.

“Zenit şirkətinin Azərbaycanı tərk etməsi nəticəsində işsiz qalmış işçiləri hazırda SOCAR-da işə qəbul olunub, bu sahədə öz fəaliyyətini davam etdirmək istəyirlər. Lakin, bu hadisələr ötən il pandemiya və OPEC+ tərəfindən hasilatın məhdudlaşdırılması ilə üst-üstə düşüb. Nəticədə nəinki Muradxanlı, SOCAR-ın quruda əvvəldən istismar etdiyi yataqların istismarı dayandırılıb, qazma işinin həcmi 3-4 dəfə azaldılıb və bu tədbirlərin nəticəsində şirkət həm də neft-qaz yataqlarının işlənməsi sahəsində dayanıqlığını təmin edə bildi. Əlbəttə, bir sahədə fəaliyyətlər azaldılırsa, bəzi işçilərin də fəaliyyətsiz qalması labüdləşir”,-deyə İ.Əhmədov bildirib.

SOCAR rəsmisi qeyd edib ki, hazırda SOCAR-da fəaliyyətsiz qalan işçilər xüsusi sosial proqrama cəlb olunur: 

“Həmin işçilərimiz hazırda işləməsələr də, SOCAR-dan əvvəlki əmək haqqlarının 50%-ni almağa davam edəcəklər, eyni zamanda şirkət onlara öz hesabına ixtisasartırma və ixtisasdəyişmə təlimləri keçirir. SOCAR kənardan işə qəbulu dayandırıb və şirkətin müxtəlif sahələrində işçi qüvvəsinə ehtiyac yarandıqca, yalnız özünün fəaliyyətsiz qalan işçiləri üçün yaranan vakansiyalara müraciət etmək imkanını açıq saxlayıb.

Zenit şirkətinin keçmiş işçilərinə gəldikdə isə, onlar SOCAR-ın işçiləri olmasalar da, şirkətdə onların da qanuni iradları araşdırılacaq, onlara maksimum mümkün dərəcədə kömək etmək üçün, qüvvədə olan qanunvericiliyə uyğun şəkildə, baxılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin