“SOCAR Energy Ukraine” nə qədər avtomobil benzini idxal edib? - HESABAT
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ilin mart ayında ölkəyə 2,3 min ton avtomobil benzini idxal edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.
Bildirilir ki, Azərbaycan şirkətinin Ukraynaya idxal etdiyi avtomobil benzinin bütün həcmləri Litvadan gətirilib.
Ümumilikdə bu ilin mart ayında Ukrayna bazarına 92,3 min ton avtomobil benzini idxal edilib. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 24,7 min ton və ya 36,6 % çoxdur.
Xatırladaq ki, 2020-ci ilin mart ayında Ukraynaya ümumilikdə 67,5 min ton avtomobil benzini idxal edilib.
Bu ölkəyə idxal edilən avtomobil benzinin həcmi 2020-ci ilin mart ayı ilə müqayisədə 82 % artaraq 80,7 min ton təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay