BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
9007

Hüquqi baza hazırdır, Milli Məclisə təqdim olunacaq

"İslam İnkişaf Bankının (İİB) İqtisadiyyat Nazirliyinə ayırdığı 200 min dollarlıq qrant əsasında Azərbaycanda İslam bankçılığının tətbiqi ilə əlaqədar mühitin qiymətləndirilməsi və qanunvericilikdə zəruri islahatların aparılması ilə bağlı təklif paketi hazırdır”.

Valyuta.az xəbər verir ki, Bu haqda məlumatı Sfera.az saytına açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı Ruslan Atakişiyev verib. 

R.Atakişiyev bildirdi ki, İslam maliyyəçiliyi üçün hüquqi baza hazırlamaq məqsədi ilə İİB və Azərbaycan hökuməti 2017-ci ilin yanvarında qrant sazişi imzalayıb. Qrant sazişi 2017-ci ildən 2020-ci ilə kimi dövrü əhatə edib. Razılaşmaya görə, İslam bankçılığı ilə bağlı hüquqi əsasları hazırlamaq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə həvalə olunub. 

R.Atakişiyev qeyd etdi ki, təkliflər paketi artıq hazırdır və Mərkəzi Banka verilib: "Eyni zamanda layihə İqtisadiyyat Nazirliyinin vasitəsilə Nazirlər Kabineti yanında fəaliyyət göstərən İqtisadi Şuraya təqdim edilib. Şurada təkliflərə baxılıb və hazırda Mərkəzi Bank tərəfindən də işçi qrupunun yaradılması planlaşdırılır. Layihə bütün qurumlarda ətraflı baxıldıqdan sonra Milli Məclisə təqdim olunacaq”. 

Qanun layihəsinin Milli Məclisə nə zaman təqdim edilməsinin müzakirələrdən asılı olacağını deyən R.Atakişiyev layihənin bu il və ya gələn il təqdim edilməsinin gözlənildiyini dedi. 

R.Atakişiyev deyir ki, biznes kreditlərinin həcminin artırılmasında İslam bankçılığı böyük imkanlar yaradır. O Azərbaycanda bu təcrübənin tətbiqindən sonra sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının yaxşılaşacağını bildirdi: "İslam bankçılığının mudaraba, murahaba və sukuk alətlərindən istifadə etməklə sahibkarlar əlavə vəsait cəlb etmək imkanı əldə edir. Bu vəsaitlərin cəlb edilməsi fonunda bazar genişlənir, rəqabət artır və digər banklar da İslam bankçılığını tətbiq etməkdə maraqlı olur. Azərbaycanda İslam bankçılığı tətbiq ediləndən sonra ənənəvi bank xidməti göstərənlər çalışacaqlar ki, öz müştəri bazalarını genişləndirmək üçün faiz endirimlərini həyata keçirsinlər”.  

R.Atakişiyev bildirib ki, ölkə iqtisadiyyatı və iqtisadiyyatın sahələrin inkişafı ilə bağlı 2016-cı ildə qəbul olunmuş Yol Xəritələrində Azərbaycanda orta və kiçik sahibkarlığın inkişaf etdirilməsində alternativ maliyyə mənbəyi kimi İslam maliyyəsinin cəlb olunması məsələsi öz əksini tapıb: 

"Bununla bağlı olaraq Azərbaycanda İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankının birgə sazişi olaraq 200 min dollar məbləğində İslam İnkişaf Bankından vəsait ayrılmışdır ki, Azərbaycanda İslam Bankçılığının inkişaf etdirilməsi ilə bağlı təhlillərin aparılması və sonda müvafiq dövlət qurumlarına təkliflər verilməsi üzərində işlənilsin”.

R.Atakişiyevin verdiyi məlumata əsasən, İslam maliyyə alətlərinin həcmi ildən-ilə artır: 

"4-5 il bundan qabaq İslam Maliyyə alətləri dünya bazarında 1 trilyon dollar olub. 2018-ci ildə bu rəqəm 2 trilyon 470 milyarda çatıb. 2023-cü ildə bu bazarın həcmi 3 trilyon 804 milyard dollar olacağı proqnoz edilir. Bu o deməkdir ki, dünya üzrə İslam Bankçılıq sahəsində 4 trilyon dollarlıq bir maliyyə bazarı olacaq. Dünyanın hazırda 102 ölkəsində 2500-ə yaxın maliyyə instutu tərəfindən İslam Bankçılığı tətbiq olunur. Çox maraqlı hal ondan ibarətdir ki, İslam Maliyyə alətləri təkcə İslam dövlətləri deyil, qeyri-müsəlman ölkələrində də aktiv şəkildə tətbiq olunur. Buna misal olarq Cənubi Afrika Respublikasını göstərmək olar. Bu ölkədə əhalinin cəmi 2% müsəlman olduğu halda orada iki bank islam bankçılığı əsasında fəaliyyət göstərir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik – 20 milyondan çox azalma olub

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Tikinti şirkəti vətəndaşın torpağını zəbt edib - Məhkəmə çəkişməsi

“Bank of Baku” növbəti dəfə keşbekləri məhdudlaşdırıb

“Bank of Baku” növbəti dəfə keşbekləri məhdudlaşdırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin