BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
7246

“Pərakənda satış həcmi ilə bağlı rəsmi məlumatlar açıqlanıb, maraqlı detallar var: Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb”.

Valyuta.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, bir ölkədə pərakəndə satış dövriyyəsinin yarısına yaxını – 19 milyard 516 milyon manatını sırf ərzağa (içki və tütün məmulatlarına çıxanda) xərclənirsə, həmin ölkə kasıb ölkədir:

“Normalda varlı, inkişaf etmiş ölkələrdə ticarət dövriyyəsinin 12-20 faizi arası ərzağa xərclənilir. Daha bir maraqlı detal: 2019-cu ildə avtomobil yanacağının (benzin və dizel) satış həcmi 2 milyard 310 milyon manat olub. 2019-cu ilin məlumatlarına əsasən, ölkədə 1 milyon 400 min nəqliyyat vasitəsi qeydiyyatda olub. Tutalım, bunların hər biri işlək vəziyyətdədirsə, il ərzində hər avtomobil 1650 manatlıq yanacaq istehlak edib, yəni günə 4 manat 52 qəpik.

2020-ci ildə isə avtomobil yanacağının (benzin, dizel) satış həcmi 2 milyard 40 milyon manat olub. 2020-ci ildə ölkəyə 53729 avtomobil gətirilib. Onları nəzərə almasaq (çünki əsas idxal il sonuna tasadüf edib, deməli istehlaka ciddi təsiri olmayıb) il ərzində hər avtomobil 1457 manatlıq yanacaq istehlak edib, yəni günə 4 manatlıq.

Ciddi sual yaranır: 2020-ci ilin 9 ayını ölkə sərt karantin rejimində keçirib, rayonlararası gediş-gəliş məhdud olub, rayon-şəhərlərarası sərnişindaşıma işləməyib, Bakıda həftələrlə küçələrdə maşın olmurdu, məktəblər, universitetlər bağlı, sərhədlər bağlı (bunun da ciddi təsiri var. Məsələn, 2019-cu ildə xaricə, əsasən də Gürcüstana maşınla səfər edənlərin sayını nəzərə alsaq, onların ciddi yanacaq istehlak etdiyini təsəvvür etmək çətin deyil) – bütün bunlara rəğmən yanacaq satışının həcmi 2019-cu ilə nisbətən 2020-cı ildə cəmi 270 milyon manat azalıb – bu necə ola bilər?! Bunun ciddi izahı varmı?!

Yeganə ehtimalın odur ki, 2020-ci ildə benzin satışının leqallaşması artıb, əvvəllər cibə gedən, indi qeydiyyata düşüb, yaxşı, əgər belədirsə, illərdir cibə gedənlərə görə məsuliyyəti kim daşıyır?! Bununla bağlı nədən araşdırma aparılmır?!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

Səyahət edərək necə pul qazanmaq olar?

2027-ci ildə yeni nəsil smartfonlar olacaq

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq

Jurnalistə vəzifə verildi (FOTO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Ağdamda iki hotel tikilir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin