"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Redaktor

12.12.2024 17:01
373

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Son günlər saxta diplomla fəaliyyət göstərən həkimlərlə bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar paylaşılır, iddialar səsləndirilir, siyahılar yayılır, adlar çəkilir. Bu siyahıda xüsusilə estetik cərrahların adı açıqlanır. 

Bununla bağlı geniş müzakirələr aparılır. Artıq həmin iddialara rəsmi səviyyədə də münasibətlər bildirilməyə başlanılıb. Bu gün Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib ki, saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır. Bununla əlaqədar hüquqi qiymətləndirmə üçün Baş Prokurorluğa müraciət ünvanlanıb.

Məsələ ilə bağlı Valyuta.az-a danışan professor Adil Qeybulla bildirib ki, əvvəlcə saxta diplomların və bu diplomlarla işləməyin niyə mümkün olması ilə maraqlanmaq lazımdır:

"Ona görə ki, buna şərait var, meydan boşdur, meyar yoxdur. Kim necə istəsə, fəaliyyətlə məşğul olur". 

Adil Qeybulla qeyd edib ki, bu problemin qarşısını almaq üçün sertifikasiya imtahanını ləğv edib, akkreditasiya sisteminə keçilməlidir: 

"Bir akkreditasiya sistemi, həkimlərin fəaliyyət lisenziyası olmalıdır. Bu lisenziyalar 5, ən çoxu isə 7 il müddətinə verilməlidir. Bu müddət keçəndən sonra isə araşdırılma aparılmalıdır. Həkimin fəaliyyəti, sağaltdığı xəstələr, iştirak etdiyi konfranslar, olduğu təcrübə mübadiləsi müəyyən edilməlidir. Dünyanın hər yerində həkimlərin işləməsi ilə bağlı məsələlər bu cür həll olunur. Bizdə isə boşluqlar var, bundan isə sui-istifadə olunur. İnsanlar həmişə nəticəni düşünmədən asan pul qazanmaq yollarına qaçırlar".

Professor deyib ki, biz problemi yaradan səbəbləri kənara qoyub, dekorativ işlərə məşğul oluruq:

"Ona görə də hesab edirəm ki, Səhiyyə Nazirliyinin tabeçiliyində akkreditasiya şurası yaradılmalıdır. Bütün həkimlər o şuradan keçməlidir, konkret bir istiqamətdə fəaliyyət göstərmək üçün lisenziya almalı, bundan sonra fəaliyyət göstərməlidir. Bu problemlər həll olunandan sonra saxta həkimlər ortaya çıxmayacaq".

"Həmin həkimlərlə bağlı səsləndirilən iddialar arasında onların başqa sahə üzrə diplom aldığı, lakin başqa estetik cərrah kimi fəaliyyət göstərməsi qeyd olunur. Həmin şəxslər estetik cərrah kimi fəaliyyət göstərə bilərmi" sualına cavab olaraq Adil Qeybulla bildirib ki, ali baza tibb təhsili olan şəxsin ixtisas dəyişməyə hüququ var:

"Həmin şəxs yaşından asılı olmayaraq dəyişmək istədiyi sahə üzrə rezidentura keçir, daha sonra həmin sahə üzrə fəaliyyət göstərir".  

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...