BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
55913

Maliyyə Nazirliyinin hesabatına görə, Azərbaycanın xarici dövlət borcu azalıb, daxili dövlət borcu artıb.

Hesabata görə, 2024-cü il 1 iyul tarixinə daxili dövlət borcu 16.571,9 milyon manat və ya ÜDM-in 13,7 faizini təşkil edib.

2024-cü il I yarım ili ərzində daxili dövlət borcu 705,5 milyon manat artıb. Daxili dövlət borcunun artmasının əsas səbəbi dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövriyyədə olan dövlət istiqrazlarının həcminin artması olub.
 
Bazar iqtisadiyyatı şəraitində daxili dövlət borcunun artmasının iqtisadi artıma təsirləri olacaqmı? Daxili borclanmanın artması təhlükəlidirmi?

Valyuta.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, Azərbaycanın xarici dövlət borcunu azaldaraq daxili dövlət borcunu artırması başa düşüləndir və tamamilə doğru addımdır:

“Bazar iqtisadiyyatı şəraitində dövlət borcunun olması labüd şərtdir. Bu gün dünyada ən çox dövlət borcu olan ölkə Amerika Birləşmiş Ştatlarıdır. Bu borc onun üçün faktiki hansısa bir problem yaratmır.  Amma elə ölkələr də var ki, onların dövlət borcu həmin ölkənin hıətta milli təhlükəsizlik probleminə çevrilir. Çünki ölkə zəif olarsa və digər beynəlxalq təsisatlar qarşısında gücsüz olarsa, bu tip dövlətlərin xarici dövlət borcunun olması həmin ölkənin suverenliyinə bir təhdiddir. Həmin ölkənin müstəqil qərar qəbul etməsinə bir risq yaradır. Bu baxımdan Azərbaycanın xarici dövlət borcunu azaldaraq daxili dövlət borcunu artırması başa düşüləndir və tamamilə doğru addımdır”.

Eldəniz Əmirovun sözlərinə görə, bu ilin xüsusi ilə son dövrlərində sürətlə xarici borc öhdəliklərinin yerinə yetirilməsi müşahidə edilməyə başlanıldı:

“Yəni, Azərbaycanın xarici dövlət borcları mümkün qədər daha çox ödənildi və nəticə etibarı azaldı. Amma bütün hallarda müəyyən istiqamətlərdə işlərin görülməsi, o cümlədən də büdcə kəsirinin bağlanılması kimi məsələlərdə borclanmaya getmək labüddür. Bu zaman Azərbaycan hökuməti xarici borclanmanı azaltsa da, bunu daxili borclanma hesabına elədi. Daxili borclanma isə iqtisadiyyata multiplikativ effektlərlə müsbət töhfə verə bilər. Dövlət olaraq borclu olduğu istiqamət məhz xarici deyil, ölkə daxilində olan subyektlərdir. Əgər mümükün olarsa daxili borclanma xarici borclanmadan dəfələrlə çox üstünlüklərə malikdir”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

"BP" IV rüb üzrə mənfəətinin azalacağını proqnozlaşdırdı - Reuters

"Amazon"dan Meksikaya 5 milyard dollarlıq investisiya qərarı

"Azərenerji" 593 min manatlıq boya alır

"Agro store" MMC inzibati xəta törədib

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İdarəçilik qaydalarını pozan şirkət cərimələnir

"Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb" - Fransız nazir

Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir

Utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

Nəhmət Rəhmanova yüksək vəzifə verildi

Sabah bu ərazidə qaz olmayacaq

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub

Saray körpüsünün tikintisi bu tarixdə başa çatacaq – RƏSMİ

Agentliklə şirkət arasında lizinq mübahisəsi

Bələdiyyə seçkilərində seçicilərin və müşahidəçilərin sayı açıqlanıb

Ötən il Vladimir Zelenskinin aylıq maaşı 1 128 manat olub

2 nəfərdən başqa bütün deputatlar əlaqə nömrələrini açıqladılar –Tam siyahı

1,5 milyonluq müəssisə təşkilati-hüquqi formasını dəyişir

Maykl Saylor “Bitcoin”dən danışdı - "Microsoft" və "Nvidia"nı tənqid etdi

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

23 satınalma müqaviləsi bağlayan şirkət etibarsız təchizatçı çıxdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin